Nizaminin Türkcə Divanı

 

NİZAMİ GƏNCƏVİ

  

 

Azərbaycanca  yazdığı şeirlər

 

 

(məktəb kitabxanaları üçün)

 

 

 

Bakı – ۲۰۲۱

 

 

 

Redaktorlar:

Əlyar Səfərli

Sədyar Vəzifə Eloğlu (İran)

Çapa hazırlayanlar, qeydlər və ön sözün müəllifləri:

prof.  Sənan İbrahimov

 dos. Hacı Səbuhi

 

 

 

 

Nizami Gəncəvinin azərbaycanca yazdığı şeirlər. Bakı, Füyuzat nəzşriyyatı, ۲۰۲۱,  səh.- 102

 

 

 

Kitabda Nizami Gəncəvinin ana dilində yazdığı şeirlər verilmişdir. Uzun müddət Misirin Xədəviyya kitabxanasında saxlanılan bu şeirlər mərhum akademik Əlyar Səfərli tərəfindən əldə edilmiş və çap üçün mütəxəssislərə verilmişdir. Kitabda şairin divan tam şəkildə deyil, oradan seçmələr verilmişdir. Kitab həm də məktəb kitabxanaları üçün nəzərdə tutulduğundan ərəb-fars sözlərinin izahı da verilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nizaminin türkcə şeirləri

Uzun müddət Misirin “Xədəviyyə” kitabxanasında saxlanılan  bu divan  ۱۳۸۱ (۲۰۰۲)-ci ildə İranda ُ Sədyar Vəzifə Eloğlu (kitabımızın elmi redaktoru) tərəfindən İranda əski əlifbada nəşr olunmuş, Azərbaycanda isə ilk dəfə Hüseyn Türksoy  tərəfindən  divanın bəzi qəsidələri və qəzəlləri geniş elmi şərhlərlə çap edilmişdir.  Müəllif hətta əlyazmanın üstündə yazılan cümlənin  fotoşəklini vermişdir: (Щямин ъцнэцн Низами Эянъявийя аид олан сящифясиндя айдын хятля бу сюзляр йазылмышдыр: (دیوان نظامی) تالیف المولی نظامی الدین ابی محمد جمالدین یوسف بن موید الگنجوی (Дивани-Низами. Талиф ял-мули Низами Əляддин яби Мящяммяд Ъямаляддин Йусиф бян Муяййяд ял-Эянъяви).

Onların nəşrindən sonra divan 2013-cü ildə mərhum  akademikimiz Əlyar Səfərlinin redaktəsi ilə “İqra” nəşriyyatında çap olunmuşdur. Divana daxil olan bəzi şeirləri 1974-cü ildə türk alimi Haluk İpekten səhvən, Nizami Qaramaninin divanına aid edib, Ankarada  çap etdirmişdir.

Bu il –  Nizami ili olduğunu nəzər alıb kitabdan bəzi şeirləri təkrar oxucuların diqqətinə çatdırırıq. Əvvəla Nizaminin milli mənsubiyyəti və divanın bəzi xüsusiyyətləri barədə məlumat verək. Şair özü fars dilində olan divanında milli mənsubiyyəti barədə deyir:

پدر در پدرم مر مرا ترک بود         درجمع  فرزانگی هر یکی  گرگ بود.

Atadan, babadan  türk olmuşuq biz, 

Ağıl məclisində görk olmuşuq biz[1].

Dünya ədəbiyyatında şairin xəmsəsinə daxil olan  “Sirlər xəzinəsi” məsnəvisinə ۸۷, “Xosrov və Şirin” poemasına 92, “Leyli və Məcnun” poemasına 145, “Yeddi gözəl” poemasına 42  və “İsgəndərnamə”  tarixi mənzuməsinə isə ۲۳ nəzirə yazılmışdır. Mənbələr göstərir ki, şairin  ۲۰ min beytdən ibarət divanı olub[2]. Həmin divanın həm ana dilində, həm də fars dilində olmasını heç bir tədqiqatçı inkar etmir. Bizim tərəfimizdən çap olunan divan da şairin ana dilində yazdığı lirik şeirlərdir.

Şairin ana dilində yazdığı divan  bir çox elmi həqiqətlər ortaya çıxarır və həmin həqiqətləri aşağıdakı kimi qruplaşdırmaq olar:

Nizaminin divanındakı şəxs adlarının hamısı ya XII əsrədək yaşamışlar, ya da XII əsrdə yaşayanlardır:

 

Qullar kimi qapında, tabun edərlər idi,

Bu əsrdə qalsa,  şaha, şah Səncər ilə Toğrul

Bu Səncər ilə Toğrul vəsfini, ey Nizami,

Cizsan, murad edərsən şah qapısına doğrul

Qəsidədə mədh olunan Səncər və Toğrul Nizami Gəncəvinin vaxtında yaşamış tarixi şəxslərdir. Ravəndi özünün “Rahətülsüdur və ayətülsüdur”(səh.369) salnaməsində yazır ki, Atabəy Qızıl Arslan Həmədana gəlib Məlik Səncər ibn Süleymanı zindandan xilas etdi və onun İraqi-Əcəmdə taxta çıxardı.  Toğrul isə Atabəy Qızıl Arslanın oğlu idi. Nizami  Gəncəvi   mədhiyyəni ona yazmışdır. Yaxud da:

Qədəmi-xosrovi-afaqda cami-Cəm ilə,

Təxti-Kavusa keçüb, işrəti-Huşəng edəlim.

 

Nəqşi-xalü xətlə mətləi-divanımızı,

Rəşki[3]-dibaçeyi-məcmueyi Ərjəng edəlim.

Şeirdə adı çəkilən Cəmşid, Kavus,  Ərjəng kimi personajlar  Firdovsinin “Şahnamə”sində  İranın  mifik   xalq qəhrəmanlarıdır. Belə poetik düşüncə XII əsrədək mövcud idi. XIII əsrdən etibarən türk sultanlarının dövrü başladığından həmin mifik obrazlar artıq poetik düşüncədə çıxmışdı. Monqol istilasından, türk fütuhatından sonra onların adını çəkmək dövrün hökmdarlarını təhqir etmək kimi qəbul edilirdi və şairlər bədii yaradıcılıqlarında epitet kimi həmin mifik obrazlardan istifadə etmirdilər.

Divanda yalnız XII əsrədək yaşamış  məşhur şairlərin adı çəkilir:

Ol Nizamiyəm  ki, kamalında vəsfinin,

Hüsni-nizami-nəzm ilə Səlmanə** irmişəm.

 Məsud Səəd Səlman (1046-1142) məşhur Qəzvin şairlərindəndir və Nizami Gəncəvi onun yaradıcılığı  və Qəzvindən olan Sənai Qəznəvinin yaradıcılığı ilə yaxından tanış idi. “Sirlər xəzinəsi” məsnəvisini Sənai Qəznəvinin “Həqiqətül-həqayiq” əsərinə nəzirə olaraq yazmışdır. Nizami Gəncəvi həmin  Məsud Səəd Səlmanın lirik şerlərini mütaliə edib onlardan təsirlənmişdir.

  • divanı şair ömrünün son illərində qələmə almışdır: saqqalın ağardı miskin dahi usanmazmısın!?
  • divanda fars dilində şeirlər var və ərəb dilində çoxlu beytlər, misralar, Quran ayələrinə isnadlar var. Bu da Şərq ədəbiyyatında səbki-İraqi və ya səbki-həqiqi ilə bağlıdır. Həmin səbkin Şərq ədəbiyyatında banisi Sənai Qəznəvi və Nizami Gəncəvi hesab edilir. Səbkin xarakterik xüsusiyyəti bu idi ki, fikirlər islami qaynaqlarla əsaslandırılmalıdır;
  • divan başdan-başa Azərbaycan dilinin XII əsr leksikonu əsasında yazılmışdır. (yəni, Azərbaycan dilində indi işlənən gələcək zaman şəkilçiləri –acaq, -əcək, XII əsr qrammatikasına uyğun –asar, -əsər – kimi işlədilmişdir)

Müjdə ey xatiri-pəjmürdə ki, dilbər gələsər[4],

Can sarayına əmir olmağa sərvər gələsər.

 

Yenə dil bülbülü başladı fəğan eyləməgə,

Məgər ol sərv, güləndam, süsənbər gələsər.

 

Nəfəsi-badi-səba qaliyəsa[5] oldu məgər,

O saçı nafeyi-tər, zülfi müənbər gələsər.

 

Gedəsər möhnətü ənduhü qəmü dərdü əna[6],

Yerinə rahətü şadiü  səfalar gələsər.

 

Şəbi-firqət keçəsər, möhtətü hicran gedəsər,

Sübh vəsil irişərü mehri-münəvvər gələsər.

Necə bir səy edibən, vəslinə irişmək üçün,

Dəmi-fitrətdə nə kim, oldu  müqəddər[7] gələsər.

 

Sən niqar[8] ilə, Nizami, bəni aləmdə dəxi,

Sanma, sanma ki,  bir  bidilü dilbər gələsər.

Bu qəzəl Nizami Gəncəvinin “Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz” və “Gecə xəlvətdə bizə sevgili yar gəlmiş idi” qəzəllərinin pafosunu özündə ehtiva edir. ümumiyyətlə, Nizami poeziyasında fellərdən qafiyə sözü kimi istifadə etmək ənənəvi xarakter daşıyır. Elə “Hər gecəm oldu kədər” qəzəli də orijinalda – farsca fellərlə qafiyələnir: Məlamət əst, məlamət, ruzi ke bi to qozəranəm (Məlamətdir, məlamət o günlər ki sənsiz keçirirəm.” Həm də şairin işlətdiyi –əsər şəkilçisi sonra dilimizdə  -acaq, -əcək şəklinə düşmüşdür. Belə qrammatik hadisə yalnız Azərbaycan dilində baş vermişdir, başqa türk dillərində bu prosesə rast gəlinmir.

  • divanda işlənən bədii təsvir və ifadə vasitələri, məcazlar XIII əsrədək Şərq şerinin poetik fiqurları əsasındadır;
  • divanda şairin işlətdiyi sözlər XIII əsrədək Azərbaycan dilində işlənən sözlərdir və onların yazılışı, tələffüzü VII əsrdə yaranan “Kitabi-Dədə Qorqud” eposundakı kimidir;
  • şairin ana dilində yazdığı şeirləri pafosu fars dilində yazdığı şeirlərin pafosu ilə tamamilə eynidir.

Bütün bu elmi mühakimələr ona görədir ki, şair  hələ sağlığında çoxlu şerlərinin   başqalarının adından söylənildiyini yazırdı. Onun yazdığı şeirlər əruzun ən şirin bəhrlərində idi və yerli müğənnilərin dilindən düşmürdü. Həmin müğənnilər isə mahnılarını fars dilində deyil, doğma  Azərbaycan dilində oxuyurdular. XII əsrin salnamələrində birmənalı olaraq göstərilir ki, Gəncə şəhərində əhali azərbaycanlı idi və əhali yalnız türk dilində danışırdı. Bizə elə gəlir ki, XII əsrdə doğma şəhərində əhalinin dilində əzbər olan həmin şeirlər onun türkcə divanına daxil olan şeirlər idi. Təsadüfi deyil ki, türkcə divanında şeirlərinin gözəlliyinə işarə edərək şair yazır:

 Ey Nizami, görcək nəzmini ərbabi-nəzər,

Yaraşar sənə,  mürid olmağa, Şeyxa dedilər.

“Şeyxa” – yəni, “ey Şeyx”. Şərq divan ədəbiyyatında sözlərin axırında işlənən “a” hərfi “ey” mənasındadır:  Xudaya – ey Xuda, nigara – ey nigar, qıza- ey qız və s. Bu ifadə forması fars dilindən poetik element kimi başqa dillərə də keçmişdir. Yazılışda olsun ki,  “ی” (i) hərfi ilə  yazılsın, anacaq oxunuşda həmin  hərif “a” kimi oxunur: لیلی – Leyla,  موسی – Musa,  عیسی – İsa və s. Nizami Gəncəvi bu beytində də “Şeyxa” sözünü  شیخی  kimi yazmışdır. Ancaq şerin qafiyə seçimi də tələb edir ki, bu sözü “Şeyxi” kimi  deyil, “Şeyxa” kimi oxuyaq, yəni, “ey Şeyx”.

Nizami Qaramanlının divanını çapa hazırlayıb Türkiyədə çap etdirən Farux Teymurtas səhvən burada işlənən “Şeyx” sözünü “Şeyxi” təxəllüsü ilə yazan  Yusif Şeyxi adlı şairlə eyniləşdirir. Guya Qaramanlı öz müasiri Yusif Şeyxinin adını çəkir. Əslində isə Nizami Gəncəvi bu beytində ona “Şeyx” ləqəbinin nəyə görə verilməsini izah edir. Məlumdur ki, “Şeyx” ləqəbini təriqət başçılarına, Qurana şərhlər yazanlara, böyük bir coğrafi ərazidə dini işlərə rəhbərlik edənlərə verirdilər. Həm  də ədəbiyyatda xüsusi dəsti-xətti olan və özünün minacatları (Allaha müraciət), nəti (peyğəmbərin mədhi), hilyə (peyğəmbərlərin həyatı) və s. janrlarda yazdıqları lirik şeirlərinə görə verirdilər. Nizami Gəncəvi də qəzəlində həmin məqama işarə edib, ona “Şeyx” ləqəbini ona “nəzminə”  görə verildiyini qeyd edir.

Bəzi alimlər belə hesab edir  ki, Nizami Gəncəvi təkcə lirik şeirlərini deyil, hətta poemalarını belə ana dilində – türkcə yazmış, sonra həmin poemalar tərcümə olunmuşdur. Həqiqətən də  poemaların dili  göstərir ki, onlar sırf tərcümə nitqinə uyğundur. Elə Nizami əlyazmalarının özü də orijinalda əlimizdə yoxdur. Ən qədim əlyazma nüsxəsi XIII əsrə aiddir, o da çox naqisdir. Sonrakı variantlarda çoxlu ilhaqi(başqaları tərəfindən uydurulmuş)  beytlər var. Ola bilməz ki, Nizami kimi dahinin əlyazması saray arxivlərində saxlanılmasın. Görünür, ilkin nüsxələr həqiqətən də türk dilində olduğuna görə, ona əhəmiyyət verilməmişdir. Şairin dostu Əsirəddin Əxsikəti tərəfindən həmin əlyazmalar fars dilinin Xorasan ləhcəsinə tərcümə ediləndən sonra avtoqraf mətn kimi, fars dilindəki variantlar götürülmüşdür. Bildiyimiz kimi,  fars dilinin müxtəlif dialektləri var. Nizaminin poemaları isə  fars dilinin dəri ləhcəsində (Əfqanıstanın dövlət dili), Xorasan, Bəlx dialektində yazılmışdır. Əsirəddin Əxsikəti Orta Asiyadan gəlmişdi və o dialektdə yazırdı.  Şair isə Xorasanda və ya  indiki Əfqanıstanda olub həmin yerlərdə yaşayan farslarla ünsiyyətdə olmamışdır.      “Leyli və Məcnun” mövzusunu Nizamiyə sifariş verən Axsitan təkidlə qeyd edir ki, əfsanə fars dilində qələmə alsın. Əgər Nizami bütün poemalarını və lirik şeirlərini fars dilində yazırdısa, onda niyə təkidlə deyilməli idi ki, poema fars dilində yazılsın?!…

Türk dili yaraşmaz şah nəslimizə,

Türk dili əskiklik gətirər bizə!

Yüksək olmalıdır bizim dilimiz,

Yüksək yaranmışdır bizim nəslimiz.

– deyə,   bu dilə olan həqarətini ifadə etmişdir. Şübhəsiz,  bu sözdən bərk inciyən Nizami   milli ləyaqətinin təhqir olunmasından əsəbiləşir:

Qulluq halqasına düşdü qulağım,

Qan vurdu beynimə, əsdi dodağım.

Ömrüm viran oldu, solub saraldım…

Bu misralarda şair hirsini o qədər canlı ifadə etmişdir ki, əlavə şərhə ehtiyac yoxdur. Əsəbi halını təsvir edən Nizami çox aydın formada yazır ki, beynimə qan vurdu, dodağım əsdi, ömrüm viran oldu, soldum, saraldım… misraların bəlağəti və fəsahəti şairin nə qədər stress keçirməsini göstərir. Şair əsərlərini ana dilində yazmasaydı,  fars dilində yazsaydı Axsitanın bu sözlərinə heç əhəmiyyət də verməzdi, çünki adəti üzrə növbəti əsəri də həmişə istifadə etdiyi dildə yazacaqdı…  Ancaq onun üçün ciddi şərt kimi,  yalnız fars dilində yazması tələbi şairi çox əsəbiləşdirmişdir və  bu tələbi özünə təhqir hesab etmişdir.  Elə bu məntiqlə də Nizami şəxsiyyətinə  yanaşanda şairin ana dilində əsər yazmamağının qeyri-mümkün olması sübut olunur.

Nizaminin dövründə Qafqazda islamlaşma da başa çatmamış, hətta bir çox xalqlar islamı XIX əsrdə (Şeyx Şamil hərəkatından sonra)  rəsmi olaraq qəbul etmişlər. Ərəb-fars təsirindən uzaq olan (hətta xristianlığın Azərbaycan qolu olan Yəqubi dini təriqətini daşıyan)  Mehranilər sülaləsinin formal dövləti eramızdan əvvəl V əsrdən etibarən mövcud olan Alban dövlətinin varisi idi və onların sarayında yaşayan Mxitar Qoş, Musa Kalankaytuklu və İsa kimi ziyalılar ana dilində yazırdılar. Görkəmli professorlarımız  Kamandar Şərifli və Qəzənfər Kazımovun da dediyi kimi, İsa XI əsrdə doğma Azərbaycan dilində özünün “Mehr və Vəfa” poemasını yazmışdır. Onlar yeni Azərbaycan dili yaradıb, onda əsər yazmırdılar, sadəcə olaraq “Kitabi-Dədə Qorqudun” dilində yazırdılar. Şifahi xalq ədəbiyyatımızda “Əsli və Kərəm” kimi dastan yaranırdı.

Bu mənada, Nizaminin  bu ənənəyə biganə qalması, öz ana dilində şeir yazmamağı, dahi şair üçün təhqirdir və onun şəxsiyyətinə bir ləkədir.  Bu həqiqəti dahi Nizami də dərk edirdi və xalqının dilini, milli mənəviyyatını uca tuturdu.   Milli dilin  milli təfəkkürün ifadəsi olduğuna görə,  Axsitanın tələbinə qarşı Nizaminin əsəbiləşməsi tam təbiidir.

Bütün bunlar sübut edir ki, Nizami ana dilinə qarşı biganə deyildi və öz dilini də, mədəniyyətini də, xalqını da çox sevirdi. İkinci bir problem odur ki, şairin incə şeirləri asanlıqla əzbərlənib, şənliklərdə, toy məclislərində oxunurdu.  Nizami hələ sağlığında şeirlərinin mürəkkəbi qurumamış başqaları tərəfindən oğurlandığından şikayət etmişdir:

 

Ey mənim yazımın oğrusu insan,

Qarşımda kölgə tək çox alçalırsan.

Gözlər işıqlanır hər əsərimdə,

Lakin o incikdir kölgələrimdən.

Bəllidir, insanı kölgə yamsılar,

Kölgədən o betər kölgələrim var.

Yamsılar, yamsılar utanmaz bir az,

Çünki gözü görməz, üzü utanmaz.

… Çıraqtək aldığım sərt bir zərbədən,

Şamtək gülümsəyib, sönürəm bəzən.

Mən ki, ayna kimi dəmir deyiləm,

Ürəyi daşlara olmaram həmdəm.

Xəzinə qazsam da bir kişiyəm mən,

Düşmən can çəkişir mənim dərdimdən.

Sənətimi danan bir də sağalmaz,

Çərşənbə cinlisi ağıllı olmaz.

 Qapımın oğrusu haqq əvəzinə,

Mənim qiybətimi danışır yenə.

Evin sahibini görən oğrular,

Haray qopardaraq deyir “oğru var”!

Malım doyursa da ac oğruları,

Pis söz deməsinlər haqqımda barı.

Hünəri görsə də etiraf etməz,

Pis yolu buraxıb yaxşıya  getməz.

O, gözsüz yaşasın, gözsüzsə əgər,

Korsa, açılmasın bir də o gözlər.

Oğurlayan odur, utanansa mən,

Oğurluq şöhrətdir ona əzəldən.

Yox, yox, alçaqlığa  qurşandı murdar,

Qapını aç, ona de ki, “gəl apar”.

Onun ki, qazancı oğurluqdur tək,

Neylərdim, olsaydım mən də  onun tək.

Bu iki aləmin xəzinəsi məndə,

Nə olar müflisə bir pay verəndə.

Borcumdur, gədaya sadaqa vermək,

Açıq almayanda o çalsın gərək.

Xəzinəm yer altı, dürrümsə ümman,

Nə üçün inciyim, lağım atandan?    (“Leyli və Məcnun” poeması)

Hələ sağlığında şeirlərinin oğurlanması, ölümündən sonra daha da artmışdır. Hansı saraya bir şair lazım olanda, hərə bir “Nizami” təxəllüsü götürüb, Nizami Gəncəvinin şeirlərini öz adından göndərirdi. Saraydakı mütəxəssislər peşəkar olanda başa düşürdülər, olmayanda isə həmin şairi saraya dəvət edirdilər.

Bir neçə kəlmə də Nizami Gəncəvinin “Xədəviyyə” kitabxanasından gətirilən əlyazmasından olan bəzi şeirlərin həm də Nizami Qaramani divanında olması barədə: Qaramanlı tayfasının bir qolu da   Gəncədə yaşayıb. Nizami Qaramani də  dahi Nizamini yaxşı tanıyırdı. Əlyazmada olan bəzi şeirlər var ki, həqiqətən də Qaramani tərəfindən yazılıb, bəzi şeirlər Nizami Gəncəvinin şeirlərinə təxmis, bəziləri isə yarı Nizaminin, yarı Qaramaninindir.

 Mətnlərin müəlliflərinin təyin edilməsi xüsusi bir elmdir və buna elmdə atribusiya deyirlər. Atribusiyanın isə sərt tələbləri var. Bunlar aşağıdakılardır:

  • müəllifin yaradıcılıq əzmi;
  • müəllifin leksikonu;
  • müəllifin poetik dili;
  • əsərin mövzusu və ideyası;
  • müəllifin yaradıcılıq metodu; Şər ədəbiyyatşünaslı-ğında buna səbk deyilir;
  • işlətdiyi tarixi şəxslərin adları (onların şairdən əvvəl və ya sonra yaşadığını müəyyənləşdirmək);
  • müvafiq sənədlər əsasında atribusiya;
  • əsərin pafosu;
  • mətndə işlənən toponimlər;
  • tarixi şəxslərin adları və s.

Bütün bu elmi həqiqətləri nəzərə alıb, əlyazmanın üzərində yaraşıqlı xətlə “Nizami Gəncəvinin əlyazması” yazılan “Darül-kütub” kitabxanasından tapılan mətnlərin dərin tekstoloji təhlillərini apardıq və əlyazmanın XII-XIII əsrdə xəttatlar tərəfindən üzünün köçürüldüyünü gördük.

Nizaminin Gəncəvinin poetikası sonrakı dövr poeziyamıza ciddi təsir göstərmişdir. Biz lirik şerləri oxuduqca onlarda olan poetik fiqurların, obrazlı ifadələrin sonrakı dövr poeziyamızda necə istifadə olunmasının şahidi oluruq. Nizami o təkcə Azərbaycan epik şerinin nadir nümunəsini deyil, həm də yüksək səviyyəli türk poeziyamızın nadir nümunələrini yaratmışdır. Onun lirik şerlərini oxuduqca qarşımızda əsrlərə kölgə salan, öz dahiliyini nəzmi ilə sübut edən   böyük dühanı görürük. Şairin özü də sağlığında həmişə uca səslə deyirdi ki, mənim misralarım həmişə deyəcək ki, “ Nizami burdasan burda”. Bu həqiqət məhz ana dilində yazdığı şerlərdə özünü büruzə verir.

Bu şeirlər Nizami Gəncəvinin mənəvi dünyası, poetik zövqü barədə müfəssəl təsəvvür yaradır. Hər bir şeri oxuduqca, biz Nizami Gəncəvini bir daha kəşf edirik və anlayırıq ki, nəyə görə dahi şairə “Nizami” təxəllüsünü veriblər. O, təkcə Azərbaycan türklərinin deyil bütün türk dünyasının şairi idi və türkün poetik düşüncəsini lirik şerləri ilə inkişaf etdirirdi. Türk dünyası qarşısında bu xidmətlərini, türk xaqanları da unutmurdu. Tarixdə Nizamidən sonra dövlət yaradan hər bir türk sultanı Nizami irsini özünün dövlət ideologiyasına çevirirdi.

Divanda elə  beytlər var ki, birbaşa Azərbaycan toponimləri ilə bağlıdır. Məsələn:

Firqətində, gözün üstündə görən qaşmı deyir,

Körpü kim yapdı, əcəb üstünə (Kürü)Nilü Arazın.

 Eləcə də divanda toxunulmamış, eynilə saxlanılan variantlar var: bunlar ilk növbədə azərbaycanlılar tərəfindən işlədilən frazeoloji birləşmələr, atalar sözləri, zərbi-məsəllər, dialekt sözlər var: “qapıdan qovur, pəncərədən girir”, “bəd əsildən arvad olmaz” və s.

Bütün bunlar divanla bağlı elmi həqiqətlərdir. Ancaq ən böyük həqiqiət şeirlərin hər sətrində böyük Nizami nəfəsinin duyulmasıdır.

Tərtibçilərdən

                     Q ə z ə l l ə r

Canü dildür sən məhi-bədrin məkanı daima,

Ol səbəbdən derlər, ey dilbər, sənə bedərcan[9].

Vədəsinə hicrinin qayətdə can eylər həsəd,

Gər çe ondan kimsəyə aləmdə etməzsən vəfa.

Dil, xəm zülfündə  vəsl istər, nöçün olmaz qəbul?

Çün şəbi-qədr içrə, derlər müstəcəb olar dua.

Şəfqət etdigindən acır sağərü səhba bəni,

İçi yandığından ağlar şəmi-cəm aramana.

Ağzını öpsəm dedigimcə sürərsən[10] lələni,

Yox yerə mən xəstənin canına eylərsən cəza.

Aşiqin boynuna qol salmaq günahdır, deyirsən,

Sən günahından qayıtma, dola mənim boynuma.

Gerdi-rahin[11] gər yetə firdövsə[۱۲], hurilər diyər:

– Mərhəba, ey tutiyayi-çeşmi-dövlət, mərhəba!

Ləblərin üstündə düşmüş gözlərin ğayətdə xub,

Xub olur üstündə həlvanın ki, badamı ola.

Yaxşının yaman qoymuşlar, Nizami, adını,

Xoş demişlər tənəzzül ələlqab min sub-əl-səma[13].

 

***

 Qanım tökərsə qəmzələrin, ey pəri sifət,

Şirin ləbindən eylə müəyyən ona diyət[14]

Qəmzən gəlirsə qəsdimə, əhlaü mərhəba,

Ləlin içərsə qanımı səhhətü afiyət[15].

Bün[16] qıldı qarət etdigini gözlərin yəqin,

Gör necə qarə çöldə qoydu məni aqibət.

İrməz büsati-qürbə gönül, kimsə  səylə,

Dövlət onun ki, taleyi eylər müavinət.

Əflakə irdi ahı Nizaminin, ey əcəb,

Niçün eşitməz ol məhi-xurşid mənzilət.

***

Xətti-reyhan kim,  dolanmışdı gülüstanı dürüst,

Halədir kim,  dövr edibdir mahi-tabanı dürüst.

Danei- xali-siyahi yar,  gündəm günimin,

Odlara yandırdı qəmdən xərməni-canı dürüst.

Qorxuram öldürməyə əhd etdigindən məni kim,

Bulmadım aləmdə bir əhdü peymanı dürüst.

Mürşid olmaz məshəfi-hüsnün[17] rəvan etməzsə eyx

Kim imam eylər onu bilməz çü Quranı dürüst?

Məh, nə laf eylər səninlə xan hüsn içində kim,

Qapu qoymaz gəzmədən bulunca bir nani dürüst.

Məni gördükcə səninlə mehr edib neylər rəqib,

Can verərkən kafirin Xuda olmaz imanı dürüst.

Xaneqah içində etsən astin əfşan səma,

Qalmaya bir xərqe əhlinin gəribanı dürüst.

Tiz edər şirin ləbinə şeyx dəndani-təmə[۱۸],

Gərçe kim, bir danə yox ağzında dəndani dürüst.

Könlünü yıxma Nizaminin  ki, yaplimaz dəxi,

Şişə kim,  üşəndi kimdir eyliyən ani dürüst.

****

Saçdi kafur üzrə ənbər kakili-mişkin dust,

Tutdu can mülkün sərasər kakili-mişkin dust.

Örtmyə idi zülmət küfr ilə iman nurunu,

Gər degilmişsidi kafər kakili-mişkin dust.

Etdi ətrafı münəvvər çöhreyi-gülgüni yar.

Qıldı afaqi müətr[19] kakili-mişkin dust.

İrəşərdi, ey könül,  serişteyi-məqsudə əl,

Olsa əl vermək müyəssr kakili-mişkin dust.

Çıxsa zülfü kimi başından əcəb olmaya kim,

Boynuna salınmaq istər kakili-mişkin dust.

Zülfü ilə çıxdığıçün başə elmi-fitnədə,

Oldu mülki-hüsnə sərvər kakili-mişkin dust.

Müntəha qəddinin üstündə Nizami tuğrası[۲۰],

Sədrə tavusinə bənzər kakili-mişkin dust.

***

Qılali, saqi, bəzm əzəl səlayi[21] qədəh,

Könül edər həvəs cami-canfərai qədəh.

Sədayi-cəngü şərab, səfayi xoş görəlim,

Səda, sədayi-nəğmdir, səfa, səfayi qədəh.

Rəqib yüzünü görmək şərab ləlin üçün,

Əcəb meydir cəhənnəm olunur səzayi[22] qədəh.

Cəmal saqi ilə rövnəqü səfa bulalı,

Mükəddir[23] eylədi  cami-cəhan nəmai qədəh.

Cəhan derlər ki,  qədəh tuta bəzm eşqində

Kim, eylədi şövqi  badə kimi,  ayi-qədəh.

Səfa bulalı şərab ilə tələtin bildim

Ki, canlar aynasına verir cilayi qədəh.

Nizami, qəmzələrinlə ləblərini hərz etcək,

Duayi-seyfi oxur gahgəh duayi qədəh.

Dedin etməyim iraq sənə bidad,

Mübarək oldu ondan etdin azad.

Çü kəsdin başini morği-əsirin,

Görsə çüzsün ayağını səyyad.

Nə əssi Xosrəvin acıdığından,

Çü şirin candan ayrı düşdü Fərhad.

Rəqibin, mən durarkən, tökmə qanın,

Məni öldürüb, etmə düşməni şad.

Pərilər yeri derlər, çeşmə olur,

Gözümdən getmə bir dəm, ey pərizad.

Nə yoldur eşqinin yolu ki,  onda,

Qəmü dərdü bəlaü qüssədir zad.

Cəhanın şadisi girməz gözünə,

Olandan könlümüz qüssə ilə mötad[24].

Nizami, adını-sanını tərk et,

Cəhan içində sən daxi qoy bir ad.

***

Hər nəsimi-canfəza ki, ol zülfi-pürçindən[25] çıxar,

Şərmsar[26] edər qoxusu müşki kim, Çindən  çıxar.

Sökmək ilə  çıxmadı dildən xəyalı zülfünün,

Gərçi[27] derlər: yaxşı söz ilə ilan indən[28] çıxar.

Yarı bəndən yarənin çıxmaz xəyalı sinədən,

Dini yox kafər degildir,  duzəx[29] içindən çıxar.

Çün yüzün dindir nola zülfünə kafər dersəm,

Kafər olur, şübhəsiz, ol kimsə kim, dindən çıxar.

Didədən çıxsa ləbü dəndani yarın hicrlə,

Ləlü dürri aləmin çeşmi-cəhanbindən[30] çıxar.

Rahi-vəslin andı aşiq, çıxdı ləlindən cəvab,

Yəni der aşiq, bu yolda cani-şirindən çıxar.

Ey Nizami, umma yarın çin zülfündən xilas,

Kim görübdür peşəni kim, cəngi-şahindən çıxar.

***

Gün yüzünü görməyəndən ki,  günüm dün kimidir,

Mənə bir ilcə gəlir, gərçi sənə dün kimidir.

Rüzü şəb zülfü ruxun fikri ənisim[31] olalı,

Nə gecəm gecəyə bənzər, nə günüm gün kimidir.

Şadmanəm ki, fərağın mənə məxsus deyil

Ki,  demişlər qara gün illə dügün kimidir.

Sən zərü simlə seyid olduğunu eşidəli,

Gözlərim gümüşə döndi, yüzüm altun kimidir.

Yandırıb yaşımı töksə nə əcəb zülfü ruxun

Ki, biri atəşə bənzər, biri tütün kimidir.

Getsə gözümdən olar gözümə aləm qaralı,

Ol ki, anlı aya bənzər, yanağı gün kimidir.

Ey Nizami, ləbi üstündəki xal ol sənəmin,

Qüssədən   aşiqi canındakı dügün kimidir.

***

Təbəssümlə nigarım ki, qətli-mərdüm edər,

Əgər məni dəxi öldür desəm təbəssüüm edər.

Rəqib halıma niçün tərəhhüm[32] eyləmiyə

Ki, görsə halımı kafər dəxi tərəhhüm edər.

Bəlavü möhnətü dərdü qəm ilə eyş edərəm,

Kimin kim,  bu qədər əsbabı[۳۳] var tənəüm[34] edər.

Yüzində zülfünü gördü və dedi xəstə könül,

Nə sayədir bu ki, mehr üstünə təqəddüm[35] edər.

Qapını qoyub əgər Kəbə qapısına varam,

Hərəm həmamələri[36] oturunca qəm-qəm edər.

Nəzərdə arizini[37] bulmayıb, suya baxaram,

Kimin ki, əlinə su gəlmiyə təyəmmüm[38] edər.

Nizamiyə yüzün açsan xərabü bixüd olur,

Günəş tülu[39] edcək zərrə kəndözün güm[40] edər.

***

Ləzzəti-ruhi-rəvanın ləli-dürr puşindədir,

Fitnəsi axır zamanın çeşmi-mədhuşindədir[41].

Guşəsində mahin eylər xuşeyi-Pərvinə[۴۲] təən[43],

Guşvarıdır[44] ki, dildarın bənaqüşindədir[45].

Çünki hər şeydən təcili sənsən, ey dilbər ondan,

Harda kim, baxsam cəmalın gözlərim tuşindədir[46].

Xızrdir ki, onun məqamıdir ləbi- abi-həyat,

Xətti-səbzi kim, nigarın çeşmeyi-nuşindədir.

Qaşları mehrabını görsə buraxar didədən,

Zahid ol səccadeyi-pəşmini kim, duşindədir.

Türrəyi-rüxsarına[47] baxıb təmaşa et gönül,

Rumi ruzi ki, hinduyi-şəb ağuşindədir.

Qulağında olsun, ey dilbər, Nizami pəndi[48] kim,

Yaraşar siminbədən dilbərlərin güşindədir.

***

Nigara, sənsiz olan dəm, nə dəmdir,

Dəmi-dərdü qəmü vəqti-nədəmdir.

Boyun tuba, ləbindir abi-kövsər,

Özün huri, yüzin baği-İrəmdir.

Könül, zülfü dəhanın dalü mimin[49],

Haçan kim, görsə aydur,  dəm, bu dəmdir.

Qaşın mehrabına gər səcdə etməz,

Hilalın qəddi niçün böylə xəmdir[50].

Müsəlsəl saçı Davudi zirehlər,

Müənbər zülfi, Əbbasi ələmdir[51].

Əcəbmi, yar məndən ar edərsə

Ki, mən qayət[52] həqir[53], o möhtərəmdir.

Ayaq basmış ki, qanım tökə dilbər,

Beh həmdullah yenə dəmdir, qədəmdir.

Nizami, nəzmini ağız ilə xətm et

Ki, qamu nəsnənin[54] sonu ədəmdir[55].

***

Şəmseyi-şəmsə düşər xəcələtü şərm aya düşər,

Çün yüzün şəşəsi[56] taği-müəllayə[۵۷] düşər.

Hər nə Leyli saçı aşüftəsidir namə sifət,

Pust puş olur o, Məcnun kimi səhrayə düşər.

Necə kim, qəmzələrin qanımı tökmək diləsə,

Zülfün ayağa düşüb, gözlərin araya düşər.

Dişlərin əksi haçan kim, düşə gülgün ləbinə,

Bənzər ol jaliyə kim, laleyi-hümrayə[۵۸] düşər.

Hər nə zahid ki, ləbaləb-ləbi camini görər,

Dərd  bidərdi qoyub saqiyi-səhbayə[۵۹] düşər.

İrəmi vəslə Nizami, dedim asan irəmi,

Dedi: bədr  aya irəmdirsə, bədrayə[۶۰] düşər.

***

Yüzinə əhli-nəzər cənnəti-əla dedilər,

Çənənə pərtövi-ənvari-təcəlla dedilər.

Zahidin yüzünə baxmadığını eşitcək,

Pərtövi-şəmsi nədir, dideyi- əmma[61] dedilər.

Gördülər məni məhəllində məlamət əhli,

Ey nə bol imiş yönü, əhli-məhəlla dedilər.

Dayələr mehrü məlahətdə yüzünə baxcaq,

Xəlqi-aləm, hamı bu tiflə tüfeyla dedilər.

Əhli-məəni görcək surətin ayinəsini,

Həqq bilənlər, nola bu surətə məna dedilər.

Xəlq artıq yana cənnətdə, cəhənnəmdə əgər,

Sənə filcümlə müşabe olu hura[62] dedilər.

Ey Nizami, görcək nəzmini ərbabi-nəzər,

Yaraşar sənə mürid olmağa, Şeyxa* dedilər.

***

Daği-qəmin ki, mehrü məhəbbət nişanıdır,

Sinəmdə saxlaram ki, səadət nişanıdır.

Qəddin qiyama gəlsə fəraqın düşər dilə,

Zira qiyami-fitnə – qiyamət nişanıdır.

Eşqin nişanəsin mənə hər kim sora derəm:

Başda bəlavü dildə nədamət[63] nişanəsidir.

Qəddim müqəvvəs[64] olalı, mehrin ilə canü dil,

Amac[65] qəmdə tir[66] məlamət nişanıdır.

Şad ol, Nizami, sənə eytim dediginə yar,

Çün hörməti-əhli-zillətə dövlət nişanıdır.

***

Ol ay yüzün ki, şəmi-güni-məkandır,

İki aydır ki,  gözümdən nihandır.

Elə can verməg ilə gəlsə vəslin,

Nə kəz ücüz deyildir rayigandır[67].

Yaraşar kiprigin, qaşın gözünə

Ki,  bu tirü kəman ol tür kəmandır.

Dəhanın yoxluğu qəti degildir,

Aradə söz dəxi var, der, gümandır.

Dəhanınla belin, sözinə vaqif,

Xudai, binişan  qeybdəndir.

Nə xoş tavus olur zülfün nigara

Ki, mənzilgahi tərəfi- gülüstandır.

Qaşın sərnameyi-hüsnü məlamət,

Gözün sirr-fitneyi- axır-zamandır.

Sənin bir bəhrdir eşqin ki, cana,

Onun kəmtər hübabı asimandır.

Qara torpaqca qədrin yox, Nizami,

Əgərçi sözlərin abi-rəvandır.

***

 

Müjdə ey xatiri-pəjmürdə ki, dilbər gələsər[68],

Can sarayına əmir olmağa sərvər gələsər.

Yenə dil bülbülü başladı fəğan eyləməgə,

Məgər ol sərv, güləndam, süsənbər gələsər.

Nəfəsi-badi-səba qaliyəsa[69] oldu məgər,

O saçı nafeyi-tər, zülfi müənbər gələsər.

Gedəsər möhnətü ənduhü qəmü dərdü əna[70],

Yerinə rahətü şadiü  səfalar gələsər.

Şəbi-firqət keçəsər, möhtətü hicran gedəsər,

Sübh vəsil irişərü mehri-münəvvər gələsər.

Necə bir səy edibən, vəslinə irişmək üçün,

Dəmi-fitrətdə nə kim, oldu  müqəddər[71] gələsər.

Sən niqar[72] ilə, Nizami, bəni aləmdə dəxi,

Sanma, sanma ki,  bir  bidilü dilbər gələsər*.

 ***

Dil ki, hicran ilə xəstə və dərmanda yatır,

Dərdlə həmdəm olub,  həsrətü dərmanda yatır.

Künci-qəlbimdə vətən tutdi xiyali-dəhənin,

Bildi kim, gənci-nəhan, güşeyi-viranda yatır.

Afərin hali-siyəhkari-cəfa peşənə kim,

Bərgi-nəsrin[73] düşüb səhni-gülüstanda yatır.

Şöylə məcruh[74] edilir, qəmzən oxundan ki, könül,

Nazə müstəqərq[75] olub  fəhm edəməz qanda[76] yatır?

Dil, saçına hörübən daxi qərar etdigi bu,

Gecə hər qanda ki, yetirsə qərib onda yatır.

Arizin üzdə yatır, təreyi-zülfi-siyəhin[77],

San, Bilal Həbəşi, rövzeyi-rizvanda[78] yatır.

Vüslətin nurinə irmədi ki, həsrətinə,

Bu Nizami, sanma, atəşi-hicranda yatır.

***

Bürgəyində[۷۹] canü dil mehrin qümam[80] qəm tutar,

Pərdədən çıx kim, cəmalın aləmi xürrəm tutar.

Dəftəri-aləmdə qaşın kim, tutar biictinab[81],

Ol qədər bari-təzəllüm[82] kim, belini xəm tutar.

Gözümə tuş olcaq, yüzi[83]  həyadən tər tökər,

Gör necə nazikdir ol yüz kim, bulaqdan nəm tutar.

Görəlidən dal zülfünlə dəhanın mimini,

Sufi aşofte və  şeydayı hər dəm, dəm tutar.

Gördügüncə mən zəifi, sanə qədəh eylər rəqib,

İt sümük gördükcə haçan ağzını öpsəm[84] tutar?

Zülfi-kafər kişi kim,  düşmüş ləbi-can mülkünə,

Sanki sultan həbəşidir, əldə cami-Cəm tutar.

Xalqla əlbir edib, tutdu cəmalın aləmi,

Toğru derlər ittifaq ilə kişi aləm tutar.

Vüsləti eydinə irəm, diyəsən İsa dəmin,

İllər olmuşdur ki, könlüm, rüzeyi-Məryəm tutar

Ağzının lütfini yad etsə Nizami şad olur,

Gör nə əbləhdir ki,  könlün yox yerə xürrəm olur.

***

Şol pəri peykər ki, dil zülfi-pərişanındadır,

Ayəti-hüsnü məlamət, ol pərişanındadır.

Səlsəbilin[85] lütfi abi-həyatın ləzzəti,

Kövsərin xasiyyəti ləli-dürəfşanındadır.

Ənbərin xalın ləbi-ləlində, ey simin bədən,

Daği-həsrətdir ki, bən delxəstənin canındadır.

Cənnətə girməz, nigara,  çünki kafər zülfünün,

Bəs nə yüzdən məskəni cənnət gülüstanındadır.

Gövhəri eylər xəcil, yaquti eylər şərmsar,

Ol lətafət kim, onun ləli-ləbilə dəndanındadır.

Zülfünün çövqanına başını top etmək gərək,

Hər kişi ki, ol şəhsəvarın[86] eşqi meydanındadır.

Hey de, bidin türrənə, şaha, Nizami xəstənin,

Canını zülm ilə aldı, qəsdi imanındadır.

***

Ayağın altına hər kim, yüzini xak eylər,

Gün kimi kənduyi taci-səri-əflak eylər.

Zərrəcə bulmadığından dəhənin sirrinə rah,

Qönçeyi-diltəng oluban, yaxəsini çak eylər.

Ləbü dəndanına baxdıqca gedər qüssəvü qəm,

Dürrü yaquta nəzər, canı fərəhnak eylər.

Zülfünün tabını mənn etdigi abi-dəhənin,

Bu ki, bitaqətü zor, əfi ,ni teryak eylər.

Tutuban əldə közüm mərdümi carubi-müje,

Qeyridən gözlərimin hücrəsini pak eylər.

Zahid, ol  türrəyi-[87] rüxsarı Nizami nə bilir,

Gecədən gündüzi əmma haçan edrak eylər.

***

Xəttin ol firuzədir kim,  ləli-nab[88] üstündədir.

Ləblərin ol ləl kim, dürr xüşab üstündədir.

Yüzün üstündə  vətən tutsa gözün olmaz əcəb,

Mənzili-Mərrix deərlər ki, aftab üstündədir.

Çeşmi-giryanımdan,[89] ey dilbər, xəyali qəddinin,

Bir nihali[90]-tazədir kim, çün cuy[91]-ab[92] üstündədir.

Qamətim ol dalə(د) dönmüşdür ki, dərd əlindədir,

Gözlərim ol eynə(ع) bənzər kim, əzab üstündədir.

Xak ol, ey dil,  pərtou[93] hüsnündən istərsən nəsib

Ki, aftabın tabına[94] mənzil türab[95] üstündədir.

Zülfü əbruni görənlər der, hezaran afərin,

Ol muənbər[96] çətrə kim, mişkin tənab[97] üstündədir.

Ey Nizami, vəslə şad olma və hicranə məlul,

Kainatın halı çün kim,  inqilab üstündədir.

****

Dolaşıb dil zülfünə, çahi-zənəxdandan[98] qaçar,

Risman[99] bulan kişi, əlbətdə, zindandan qaçar.

Görsə yüzin müshəfin[100], zahid qərar etməz, gedər,

Qaliba[101], şeytandır ol, kafər ki, Qurandan qaçar.

Əql  küyi-eşqdən niçün qaçar, dedim,  dedi:

Rustayə[۱۰۲] şəhər içi zindan gəlir, ondan qaçar.

Küyi-yarə təən, düşməndən qaçan, varar haçan?

Kəbiyə irməz  şu kim, xari-məqilandan[103] qaçar.

Tiğ alıb gəlir günəş, səninlə cəngi-hüsnə, leyk,

Qurxusundan titrər əndamı və meydandan qaçar.

Ol ləbü xəd[104] ilə qaçsa, əşkü ahimdən fələk,

Kimdə kim,  var şəmü şəkər, badü barandan qaçar.

Ey Nizami, ol sənəmdən qaçsa zahid man[105] degil,

Neyləsün, xüffaşdır[106],  xurşidi-tabandan qaçar.

***

Gözlərinə fitnəvü aşub ol qaş andırar,

Şuxü fəttan mərdüm, sərməstə savaş andırar,

Könlümə can,  qatı könlündən şikayətlər qılur.

Gör necə biəqldir kim, oğruya taş andırar,

.

Dil şəbi-hicranda köyün itlərini yad idər,

Yalqızlıq xəstəyə qürbətdə yoldaş andırar,

Gözlərim halını ərz et, ey səba, ol şahə kim,

Halini səqqaların[107] sultana fərraş andırar,

Hüsnü Leylidir virən Məcnuna Leyladan xəbər,

Nəqşi-dilkeş mərifət əhlinə nəqqaş andırar,

Çərxə cövr[108] ol, qəmzeyi-qəmmaz, xunriz andırar,

Dəhrə qəhr ol, çeşmi-kafər kiş, qəllaş andırar,

Afərin eylər Nizami, gördügüncə hüsnüni,

Surəti-möüzün[109] nəzər əhlinə sabaş andırar,

***

Hər səhər ki, şahi-əncüm[110] məşriği məskən tutar,

Ləli-nabın yadına cami-meyi-rövşən tutar.

Atəşi-rüxsarə salmış,  müşk xalından baxur,

Zəngi-zülfi-siyahı[۱۱۱], üstünə damən[112] tutar.

Yüzinə göz dikməməkçün saxlar, ey can, cümləsin,

Mərdümi-çeşmim[113] əlində, bunca kim,  sözün tutar.

Yaşım axdığına niçün lütf ya qəhr eyləməz?

Çün münəccim xeyrü şəri cümlə əncümdən tutar.

O şotori-sərməst[114] əgər götürsə hicranın yükün,

Zülfü xalın kimi kafər cənnəti məskən tutar.

Xüddi[115] dövründə, Nizami tutduğu küyin məqam,

Bu ki,  gül vəqtində bülbül gülşəni məskən tutar.

***

Hər səhərgəh ki, səba tərəfi-gülüstandan əsər,

Can dimağına[116] irər, nikhəti[117]-canandan əsər[118].

Ruzi-novruzü şəbi-qədri bu arada görər,

Hər kim,  ol türreyi-rüxsari-dilarayə irər.

Necə bir pərdədə pünhan edəsən tələəti,

Yüzin ayinə nəzər etsə, nə zərər, əhli-nəzər.

Dilini ləzzət ilə şəkkərə nisbət edənin,

Olsun, ey türki-pərivəş, dili ağzında şəkər.

Zülfü yüzinə baş orduğuni, dil gördü, dedi:

-Görün, ol hindiyi-bəd məzhəbi kim,  oda təpər.

Qəmzən oxları haçan canıma uğraya, deyə,

Bu Nizami  gözüdür,  ancə ki,  canına keçər.

Mərhəmi-lütf ilə ol ləl  müdavvalar[119] edər,

Necə kim, qəmzədələr[120] sinəsin ol qəmzə dilər.

***

Könlünü aşiqlərin, ol zülfi-ənbərrəng olur,

Canani-bidillərin, ol çeşm,  şuxü şəng olur.

Yarınmıdır dedigiçün, könlümü jəngari-qəm[121]

Tutsa, olmaya əcəb ki, ayna  nəmdən jənd olur.

Zöhrə, Qanunü  Günəş dəf tərpədir ahəng üçün,

Hər haçan ol məhliqa, mütrüb əlinə çəng alır.

Lütfi-xuddindən[122] şikəst, ayineyi-Çini bulur,

Nəqşi-hüsnündən xəcalət, nüsxeyi- ərjəng[123] olur.

Könlün alım,  deyə, ləb vermə rəqibin ağzına,

Kim verər yaquti və biqədrü qiymət səng olur.

Dil ki, qanə boyanır, sinəmdə yüzin şövqinə,

Kan[124] içində lələ bənzər kim, günəşdən rəng olur.

Nərdə saxlar, çünki yox bir zərrə yeri, hifz üçün,

Bunca dillər kim, Nizami, ol dəhan təng olur.

***

Mənə yaratdı, dərdü möhnəti yar,

Mənə yaratdığını etməz əğyar.

– Nədən, bimehrsən? –  dersəm, idər xəşm[125],

Mənə bilsəm, nədən xəşm eylər ol yar.

İnanmaz möhnəti-hicrə rəqib,

Əzabi-həşrə, kafər eylər inkar.

Saçının,   ənbər sara,  qulamı[۱۲۶],

Gözünə nərkis, şəhla[127], pərəstar.

Dedim ayağına düşmək olarmı,

Təəmül etdi, bir dəm dedi: – Düşvar![128]

Yüzə ki, gəldi, kəs zülfün ucunu,

Gərəkdir, dinə gəldi, qət zünnar. [129]

Nizami, çeşmü zülfün  yad edincə,

Olur kəndü pərişan, könli bimar.

***

Hər sinədə kim, mehrü məhəbbət əsəri var,

Xoş naleyi-şəbkir[130] ilə, ahi-səhəri var.

Eşq əhli, sipər, tirinə yarın, cigər eylər,

Gəlsün, bərü, meydanə, kimin kim, cigəri var.

Nərkis necə səy gözlərinə öyünə ey dust,

Görməzmi gözün fitnəsin, axər bəsəri var.

Hər həlqədə mişkin saçının zikrin edirlər,

Hər guşədə fəttan[131] gözünün fitnələri var.

Aləmdə, zəhi, taleyi-fərxəndə onun kim,

Bir sənciyin  yüzi gün, alnı qəməri var.

Ey dürr-giranmayə,[۱۳۲] gözümdən güzər etmə!

Dərya səfərinin, çü bilirsən, xətəri var.

Mən[133] etmə, Nizami rüxü zülfün gözdərsə

Kim, dövri-təsəlsüldə[۱۳۴] həkimin nəzəri var.

***

Zülfünü badi-səba dəbərtcək can tökülür,

Sözə gəldikcə ləbin, çeşmeyi-heyvan tökülür.

Eşidən ahimi ağlar, yanağın  dövrəndə,

Mövsümi-güldə çü yel dəbərənə, baran[135] tökülür.

Gülcək, qönçə ləbin, qönçeyi-şadi açılür,

Gülcək,  gül yanağından güli-xəndan açılür.

Tökülürsə, nə əcəb höüli[136]-qiyamətdə nücum,

Çün gözüm yaşı fərağında fəravan[137] tökülür.

Kəscək zülfün ucun, yaş yerinə qan tökürəm,

Eşq olan yerdə neçə baş kəsilir, qan tökülür.

Dağıdır zülfünü rüxsarinə badi-səhəri,

Sanki gül xərməninə sünbülü reyhan tökülür.

Ləbü zülfün sifətin[138] yazsa, Nizami, sanma,

Nafeyi[139]-Çin saçılır, ləli-Bədəxşan tökülür.

***

Dila[140], bu yolda cahandan sənə güzər görünər

Ki, aşiq olana ya səbr, ya səfər görünər.

Yüzün xəyalı gözümdə, əcəbmi, ağlarsam

Ki, bürc abiyə  gəlsə qəmər, mətər[141] görünər.

Yerə keçər, utanıb  hər gecə camalından,

 Günəş, nə hüsnlə aləmdə mötəbər görünər?

Şu dəklü atdı müjən, canə tir qəmzəni kim,

Sipər yerinə haman navın se pər görünər[142].

Yüzündə nəqşi-dəhanın xəyalü həm gəlür,

Günəş qətında bəli, zərrə ol qədər görünər.

Həmişə arizü qəddi, sifatı der zikrin,

Nizami, nəzmin anınçün rəvanü tər görünər.

  ***

Şövqi yüzünün zərriyə düşsə, qəmər eylər,

Zövqi sözünün zəhrə[۱۴۳] irərsə, şəkər eylər.

Qəmzən çü rəqib ilə  olam, qəsdi-dil etməz,

Oğru nə qədər həbsisə itdən həzər eylər.

Can ki, istərdi cövrünü ta kəndinin oldu,

Şimdi ona hər cövri ki,  könlü dilər, eylər.

Əqlü dil olub qoymadı qəmzən ki, hərami,

Həm rəxtü məta[144] alur və həm qəsdi-sər eylər.

Çeşmin kimi bir guşəneşin, rindi-siyəhpuş[۱۴۵],

Görməz neçə kim, əhli-bəsirət[146] nəzər eylər.

Hər kişi ki, qucmaq dilər ol muyi miyanı,

Bir qılca qılır canınü qəddin kəmər eylər.

Sən sanma, Nizami, sənədir cövri rəqibin,

Görsən ki, nigarə dəxi ol it nələr eylər.

***

Bel bağlayıb ki, canıma qəsd, ol həbib edər,

Nazik xəyal bağlar və qəsd qərib edər.

Ox kimi mən əbidi[147] özündən bəid[148] edib,

Yay kimi kəndözünə rəqib qərib edər.

Tərk edib uysa zülfünə, iman məhzdir[149],

Təsbihi kəndözünə ki,  sufi səlib[150] edər.

Yesin rəqib miveyi-vəslini ki, ruzgar,

Yemişin iyisini donuza nəsib edər.

Şol dəklü qıldı ah ilə zarı Nizami kim,

Bənzər ki,  naləsini əndəlib[151] edər.

***

Yenə dil, morği qədimi vətənin yad eylər,

Görməgə irməz əli naleyü fəryad eylər.

Yar kuyinə çün irdin məni, tərk eylə, könül,

Xeyr üçün, həccə varan bəndələr azad eylər.

Boqeyi-[152] çövrə, könüldən qoyduğu yar, əsas,

Möhkəm olsun  deyibən, daşla bünyad[153] eylər.

Banlarından bəni, ahimdir idən dərdli, dur,

Danələrdən  necə kim,  kahi[154] cüda, bad eylər.

Gər baxıb aləmə xəndan ola ol qönçə ləbin,

Ruhuni aşiqi-sevdazədənin şad eylər.

Dəxi yanımda, Nizami, adın anmam dermiş,

Gör nə lütf ilə bu biçarə səni yad eylər.

Şam zülfündə dil etməz dəxi vəsfini ki, üns[155],

Hər kişinin vətənin kəndinə Bağdad eylər.

***

Eşigin tozun əcəbmi tutsa çeşm, tər[156], əziz,

Cövhəri olan qatında çün olur gövhər əziz.

Gər tuta başda izin-tozun, nə fəxr eylər rəqib,

Çünki əfsar[157] əhlini, etdügi yox, əfsər[158], əziz.

Zülfü kisüni əcəbmi, tutsa baş üzrə gözün,

Çün çəlipa[159] ilə zünnar tutar kafər, əziz.

Zahida, izzət gərəksə  gəl səbuyi-mey[160] gətir,

Yük götürməkdən olur aləmdə çün kim, xər[161], əziz.

Necə Yusif hüsni, həbs etdi zənəxdanın çəhi[162],

Misri-hüsnə çün kim,  oldun  ey ləbi şəkkər, əziz.

Hər kişi ki,  eşiginə çıxar, enər  zənbil ilə,

Göydən enmiş kimi, zənbil ilə tutarlar əziz.

İzzət istərsən, Nizami, nəfsini xar eylə kim,

Nəfsini xar eyləməkdən buldu izzət hər əziz.

***

Varmıdır bir fitnə kim,  ol çeşmi-xunriz eyləməz?

Ya cəfavü cövr ki, ol zülfi-dilaviz eyləməz?

Ruxların  dövrində  ləlindən necə bir səbr edim,

Əhli-dil meydən çü gül  vəqtində pərhiz eyləməz?

Gər çe  tiğin[163] tiz[164] edər, qəmzən məni öldürməgə,

İntizar ilə mən oldum kim, niçün tez eyləməz?

Bi günah qanım yerə tökməkligə qəmzən kimi,

Dəmi-mey var kim, gözlərin min dürlü əngiz eyləməz.

Hüsn içində işvəni etməz gül, səd bərgi-bağ[۱۶۵],

Hüzn içində  naləmi morği-səhər xiz eyləməz?

Qılmaz afaqi müəttər[166] ta kim,  ənfasi-nəsim[167],

Gərdrahın gövhərini ənbəramiz eyləməz?

Ol ləbü dəndanı, nəzm etməz Nizami nəzmilə,

Ta ki şerin şəkkəramizü şəkərriz eyləmə?

****

Şoldəklü içdi nərkis, məstin, şərabnaz

Ki, oldu şərab nazilə məst, xərabnaz.

Gördüm yüzini pərdeyi-zülfündə, ey sənəm,

Dedim səhabi fitnədədir aftabnaz.

Rüzi-hesabü rüz ətab ol gün ola kim,

Nazü ətabilə edə dilbər xitabnaz.

Ey müshəfcəmal, camalın kitabının,

Hər fəsli,  fəsli-şivədir, hər babı, babnaz.

Yağmurda fəth babə var ümid, mən dəxi,

Ağladığım budur ki, edəsən fəth babnaz.

Bir nazəninə bağladı könlün Nizami kim,

Dərdi dəvavü cövri cəfadır, ətabnaz[168]

***

Olmadı gül yanağın şəmi-şəbəfruz hənuz,

İrmədi bülbülə pərvanə kimi suz hənuz.

Canü dil  Misrini lütf ilə imarət edə gör,

Olmadan Ruma həbəş ləşgəri piruz hənuz.

Sən cəfayilə qubarım[169] yelə savurdun və mən,

Qorxaram xatirinə qona deyə, toz hənuz.

Mehri-mehrin fələk dildə tülu etmişdi,

Olmadan mahi-fələk səthinə mərkuz hənuz.

Ömrünün irmədən əyyami-bəharinə kamal,

Hüsnünün  mövsimidir, ey güli-növruz hənuz.

Bunca elmilə sənin məktəbi-eşqində degil,

Piri-danayi-xerəd, tefli-nouamuz hənuz.

Cameyi-səbrimi çak eylədi məqraz qəmin,

Olmadan qəmzələrin suzəni dilsuz hənuz.

Mal, qarunca əgər çe ki, qazandı qəmini,

Qüssəni duymadı bu cani-qəmənduz hənuz.

Şəmsi-ömür oldu Nizami, üfqi-müte[170], qərib,

Ah kim,  irmədi vüslət şəbinə ruz hənuz.

***

Sən yüzi gülsüz, könül bağ istəməz,

Kimsə bağı kəndinə, bağ istəməz.

Könlüm uçub köyünə varmaq dilər,

Dünyada kimdir ki,  uçmaq istəməz.

Xəstə istər gözlərin aşiqləri,

Sirəd olan kimsə sağ istəməz.

Zahidin meyl etmədiyi ləlinə,

 Bu ki, tuti[171],  təəməsin[172] zağ[۱۷۳] istəməz.

Məst diyər dil ki, ayağın öpmək dilər,

Kimsə məst olmadan ayaq istəməz.

Dil dilər cövrü cəfasın dostun,

Könlü kimin balla yağ istəməz?

Dərdilə istər Nizami halını,

Dərdi olmayan kişi, dağ istəməz.

***

Çün oldu səba tərəfi-çəməndə yenə gülriz,

Saqi bərü sun cami-şərabi-tərəbəngiz.

Mən necəsi pərhiz edəm ol yüzdə ləbindən,

Cənnətdə çün olmaz, sanma kövsərə pərhiz.

Bir qılda  əsəm canını, zülfündədir, əsməz,

Bir qıldan əsər canımı, ol şux dilaviz.

Can verdi məgər sərvi-çəmən qəddinə qarşı

Ki,  edər başı ovcunda fəğani-mürği-səhərxiz.

Kəsildigi cürmindən utanıb qılıcından,

Məqtul sala başın aşağı buraxır tez.

Aşiqlərinə vədeyi-hicrin dəhənindən,

Bir zəhərdir, ey dust ki, ola şəkəramiz.

Çün təşnə sudan qaçdığı bu və həm  andə sanar,

Göstərmə, Nizami, quluna dəşneyi-sərtiz[174].

***

Öldürür naz ilə bir ləhzədə min əhli-niyaz,

Məni öldür desəm, eylər məni öldürməyə naz.

Örübən ləlinə, zülfüni gətirsəm əlimə,

İrşəm çeşmeyi-heyvanə bulam ömür deraz.

Ağızını açıban söyləmə hər cahilə kim,

Aqil olan kişi açmaz, sanma, tökməyə raz.

Qaşı mehrabına fərz oldu səcud[175] ol güneşin[176],

Hacibi-şəmsdə məkruh olur gər çe namaz[177].

Zülfünü alıb ələ kimsəyə meyl etdi həbib,

Dedim, etmə, bu Nizami qulunun ömrünü az.

****

Gül arizinə olsa məariz[178], əcəb olmaz

Kim,  yuzi açılmışda, həyavü ədəb olmaz.

Tuba irəməz lütf ilə ol sərvi-büləndə,

Bəd əsl olan həmsəri- alinəsəb olmaz [179].

Könlümdə gözün fikrilə zövqü səfa yox,

Bir evdəki bimar ola, eyşü tərəb[180] olmaz.

Anılsa ləbin canü könül cəngə düşərlər,

Mey məclisi bifitnəvü şurü şəb olmaz.

Ol qəddü zənəxdanü ləb eylər məni heyran

Kim, sərvi-səhi meyvəsi sibü rütəb[181] olmaz.

Yüz sürməgə irməz, ela sən sərv ayağinə.

Hər kim, su kimi dide tərü təşnə ləb olmaz.

Aşiqlərinə xəşm ilə xəncər nə çəkərsən,

Cəng etməyə çün mehrü məhəbbət səbəb olmaz

Aydın ki,  yüzi narinə[۱۸۲] yanmayə rəqibsə

Kim, bu ləhəbin[183] yançısı Əbu Ləhəb olmaz.

Gəlməz, yüzi şövqilə, Nizami, gözə zülfi,

Hər güşədə kim, pərtövi-şəms ola, şəb olmaz.

***

Məsti-dilxəstəyəm, ol nərkisi-mədhuşdan[184][۱۸۵]!

Morği-pabəstəyəm[186], ol sünbüli-gülpuşdan uş!

Sən uş-uş mehr edim deyibən  uş edə div,

Keçdi ömrüm güni, uş-uşla, uş-uşdauş!

Süzəm altun küpə olduğunun  əssisi nə,  dost?

Köçürür həlqeyi-zülfi kimi, çün güşdən[187] uş!

Xosrova, adını cəht et ki, ola xeyrlə yad

Ki, bir  ad qaldı həman  Samü Səyavuşdan uş!

Üqdeyi-[188] rəsü[۱۸۹] zənb[190] tutduği ayın yüzini,

Görmədin isə, gör, ol zülfi-qəmərpuşdan uş!

Kişi-Bəhreyn, könül, eşqin ilə cuşə gəlüb,

Təşrə düşdü neçə dürdanələr ol  cuşdən uş!

Məclisi-baği-cəmalını Nizami görəli,

Məstü dilxəstəyəm ol nərkisi-mədhuşdan uş!

***

Ey tələti şəmsi-hüsnə mətlə

Ey saçları gün yüzinə bürəqqə[۱۹۱]!

Aləm qəmu[192] doldu zülmət ilə,

Göstər yüzin, ey məhi-mübərqə!

Divani-məlahət içrə qaşın,

Xəttü ləbin ilə çar[193] misrə.

Seylab tökər gözüm, səhabi[194],

Geysə, nə əcəb,  yüzüm müşəmmə[۱۹۵].

Bir çeşmədürür, gözüm pinari[196]

Kim, bəhri-dil oldu ona müsənnə[۱۹۷].

Birəhm gözün cəfayə mədən,

Şirin dodağın vəfaya mənbə.

Ol mehrə, Nizami, hüsn olur zəmm[198],

Zi mətleyi-hüsnü hüsni-mətlə[۱۹۹].

***

Səndən ayırdı bəni çərxi-sitəmkar[200], dəriğ[۲۰۱]!

Gör nə qədər etdi yenə aləmimi tar, dəriğ!

Vüslətin darüşşəfasından iraq etdi, fəraq,

İrmədin xəstə könül dərdinə timar[202], dəriğ!

Bu dəriğ ilə, dəriğa, bizi tərk etdüginə,

Dimədi rəhm idüb ol yari-sitəmkar, dəriğ!

Tərk edib yar bizi, qüssə yaratdı bizə,

Bir də yar etdiyini etmədi əğyar, dəriğ!

Kimə dil verdiksə, cövr ilə yandırdı bizi,

Yoxmuş dünyada bir yari-vəfadr, dəriğ!

Yari-qəmxardan ayrı düşəli həsrət ilə,

Yar, heyf oldu Nizamiyə bu qəmxar, dəriğ!

***

Gah var deyib ağzına, gah yox desə aşiq,

Bu sözdə, nə kazibdir[203]  ona, kimsə nə sadiq.

Di,  gözlərinə kim edə qan içməyə pərhiz,

Zira ki, olur xəstəyə pərhiz müvafiq,

Mən məsti ləbin fikri əcəb, gər edə hüşyar

Kim, gördümi sücidən buni kim, məst ola, ayıq?

Çox qana girər qəmzən, arıyıb qul[204] yenibsə,

Qanmazə müvafiq görünər rəyi-münafiq[205].

Hər vəslin əgər axəri hicransa, ey dust,

Bəndən bu cüdalıq[206], niyə bulmadı cüdalıq.

Ağzınla bilən nöqtəsini fəhm edəməz dil,

Divanə nə fikir ilə edə fəhmi-dəqayiq[207].

Layiq,  yüzimə sürsə  Nizami  yuzini, diyər,

Çün hər kişinin  sözi olur, yüzinə layiq.

***

Gül səfhəsində çünki bulurdi nişan müşk,

Etmə, nihan ki, səy ilə  olmaz nihan müşk.

Zülfündən, ey səba, bizə bir buyi-mu[208] gətir,

Çindən gələnlərin çün olur ərməğan müşk!

Xalın kimi əmiri-Həbəş kim, görübdürür

Kim, təxtqahı ac ola və sayban[209] müşk.

Xalın ki, gözünə tərəf, zülfündən gəlür,

San, Rum elinə Çindən irər karban müşk.

Boynunda bunlar gələ, saçın riştəsimidir[210]?

Yaqut, ənbərin kim, olar risman[211] müşk.

Qəmdən mənim kimi,  cigəri doldu qan ilə,

Ta kim, eşitdi ol xətti-ənbərfəşan[212] müşk.

Şey-ullah, eyləyim, irişəm zülfünə, deyə,

Bir pustpuş[۲۱۳] olub, dolanır bu cahan müşk.

Şeirin, Nizami, qədər ilə şüərayə irişər.

Ol astanə ərz ola,  bu dastan müşk.

***

Peyvəstə məkrü əl ilə qurub kaman qaşın,

Eylər xədəng qəmzənə dillər nişan, qaşın.

Qövsi-qüzehmi eylədi mah üstüni məqam,

Ya, nun(ن) ki, nur üzrədədir, ey dilistan, qaşın.

Yazmış cərideyi-küllə[۲۱۴] müşki-Xüta xəttin,

Çəkmiş könül baratına tüğrayi[215] can, qaşın.

Dillər vilayətində  sınıq yayamı sandı kim,

Uğramaz oldu ol yola namehriban, qaş.

Əbri-siyəh içində  qılursan hilal eyd,

Ənbərfəşan qaşında olur çün nihan qaşın.

Guya ki, taği-Kəsravü zənciri ədldir,

Meşkin saçında, ey ləbi nuşin, rəvan qaşın.

Tab içrədir Nizami, həmişə tənab[216] ömür,

Sultan hüsnünə olalı sülhban qaşın.

***

Tutdi müşki-Xütən[217] ətrafını bərgi-səmənin,

Qovuşdi sünbüli-tər dairəsin yasəmənin.

Ənbərin zülfünə  öyündügünü eşitcək,

Təndə qanı qurudu, qəhr ilə müşki-Xütənin.

Sib hər yanda olur isə, su üstündə olur.

Əcəba, arizin altında nədəndir zəğənin[218].

Xəttini xürrəm edərsə nola gözünlə yüzün,

Nərgizü güldür axı çeşmü çırağı çəmənin.

Xəlq derlər ki, pərilər vətəni çeşmədürür,

Sən pərisən ki, məgər gözlərim oldu vətənin.

Hüsn vəchilə nəzər eylədi vəch hüsnə,

Hüsnatə yazılır görməyə vəch hüsnün.

Qılca nəqsin yoxdu, varımsa, ey dost bilün,

Zərrəcə əksigin olmaz dedi, olsa dəhənin.

Sanma sərvi-çəmən qəddinə bənzərdi əgər,

Olsa xürşidi-fələk meyvəsi sərvi-çəmənin.

Canını zülfü arasında, Nizami, arama!

Bir qıl içində haçan buluna bunca rəsənin[219].

***

Ey nəsim səhəri, müşkifişandır nəfəsin,

Vardır ol zülf, səmən, sayə məgər dəstrəsin[220].

Mən ki, can gülşəni tək nazına qatlanmaz idim,

Çəkərəm sən gül üçün  cövrünü hər xarü xəsin.

Firqətində, gözün üstündə görən qaşmı deyir,

Körpü kim yapdı, əcəb üstünə Nilü Arazın.

Ənbərin bünlərinə[۲۲۱] bənzədigi nemətsə,

Şükür edib əl yüzə, sürməkdir işi hər məgəsin[222].

Yüz qarasilə əgər xüldi[223] məqam istərsən,

Zülfünün izinə yüz sürməgə olsun həvəsin.

Nə bilir aləmi eşqində rəqib öylə mənəm,

Bilməyən qissəsini bülbülü zağü qünnəsin[224].

Rəhi-kuyində verər nalə, dil əhlinə səfa,

Necə kim, Kəbə tərəfində fəqani cerisin[225].

Məcri-təndə, Nizami, dilü can odunu yax,

Gər dilərsən,  qıla ətrafı müəttər nəfəsin.

***

Baği-cənnətdir, cəmali-canfəzası Yusifin,

Sübhi-dövlətdir, vüsali-dilqoşası[۲۲۶] Yusifin.

Gülşəni cənnət həvasına həvəs etməz könül,

İrəlidən can məşaminə[۲۲۷] həvasi Yusifin.

Misir qəmdə hüzni-Yaqub ilə olsun mübtəla,

Hər ki, bu hüsn ilə olmaz mübtəlası Yusifin.

Eşq yolunda Züleyxa kimi sadiq olana,

Yan gəlür mehrü vəfasından, cəfası Yusifin.

Görməz idi təxtü bəxtü tacü dövlət yüzini,

Gərdi-rahin olmasa kəhl[228] cilası Yusifin.

Ey Nizami, canü dildən badi-peyma[229], ol, yürü,

Olmaq istərsən həvası, aşinası Yusifin.

***

Pərtövi-nüri-təcəllidir cəmalı pirinin,

Gülşəni-firdovsi-əladır cəmalı pirinin.

Qəddü rüxsarına sərvü gül necə olur nəzir?

Ya ləbü dəndanına ləlü lalı pirinin.

Gərçi dalü(د) lamü(ل) eyn(ع) olur həmişə eyn(ع) – ədl(عدل),

Eyn(ع) – zülm oldu dilə, eyn(ع) vüsalı pirinin.

Şəmi-rüxsarına irişməz, dila pərvanə var,

Yanmayan eşq odunda  pərü balı pirinin.

Ləşgəri-mülki-Həbəş,  Rum elini qılmış hasar,

Ruxları dövrəndə, ya rəbb, xəttü xali prinin.

Şiveyi-yaquti  mənsux[230] etdi münşi-əzəl,

Yazalı həddində xətti-la-yzalı pirinin.

Ey Nizami, görmədi əqsayi məqsəddən əsər,

Görməyən hüsnündə nuri-zülcəlalı pirinin.

***

Tələtin kövkəbi[231] şir kövkəbəsin mehrü mehin,

Günəşə  sayə salar türrəyi-tərfi-küləhin[232]

Sənə bu rövnəqi-simandan ey şəmsi-fələk,

Məgər ol Kəbeyi-hüsn işığıdır cilvəgəhin.

Tutiya[233] minnətini çəkməzəm, iraq sanma,

Gözümə kühl[234] cilası yetər gərdi-rəhin[235].

Şəkərin ağzına sikkələr üfürdi dəhənin,

Mişki ayaqlara  saldı səri-zülfi-siyəhin.

Yüzin üstündə qaşın lütfünə irişməz əgər,

Gəlsə qövsi-quzeh[236]  üstünə məhi-çardəhin[237].

Gər günah sanarsan  büsü[۲۳۸] kənarı sanma.

Edə gör kim, biri min xeyrə keçər bu günahın.

Ey Nizami, dilərsən ki, olasan aləmə şah,

Bəndəsi olmağa səy eyləgəl, ol padşahın.

***

Dildən qərarü səbri alıb qarə pərçəmin[239],

Aşüftə etdi canı siyəhkarə pərçəmin.

Dövri-qəmərdə dərd ilə divanə könlümü,

Zülfün misalı eylədi avarə, pərçəmin.

Cana rəvamıdır ki, gözün cana qəsd edib,

Hər dəm qanımı qıya yerə, qarə pərçəmin.

Gülzar içində sünbülü reyhan xəcil olur,

Salsan bu hüsn lütf ilə rüxsarə pərçəmin.

Biqiymət etdi ənbəri-sarayı sünbülün,

Rəğbət qoymadı nafeyi-tatarə pərçəmin.

Şol rəsmə oldimi səbri könüldən ki, qorxuram,

Sirrimi faş eyliyə əğyarə pərçəmin.

Cövrü cəfavü dərdlə könlün Nizaminin,

Bimar etdi, eyləmədi çarə pərçəmin.

***

Hər nə can kim, gözlərin sehr ilə sərgərdan degil,

Əhli-dillər məzhəbində candır amma can degil.

Nuri-yəzdandır, dedim,  hüsnün, dəlil istər rəqib,

Bürqəi[240] dəf et yüzündən hacəti-bürhan[241] degil.

Çeşmeyi-heyvan ləbindir, deyr rəqibin mən dedim,

Çeşmeyi-heyvandır amma, çeşmeyi-heyvan degil.

Surətin cənnətdir, ey hüriü rizvandır təpin,

Yüzinə kimdir deyən kim,  cənnətü rizvan degil.

Dəmmi vardır mənə bu dərdü qəm hicrində kim,

Sinə suzanü cigər büryanü giryan degil.

Zəhmimə kim baxsa aydər: buna məlhəm neyləsin,

Dərdimi kim görsə, deyər kim, qabili-dərman degil.

Ey Nizami, xublarda yox çün ayini-vəfa,

Həmdüllah kim, buların hüsnü bipayan degil.

***

Cana bu nazü qönçə əcəb nolasar məal[242],

Dil xüd sənindürür  qərəzin can isə, məh al!

Aldadı aldı könlümü qəmzən kim, əl ilə,

Əhsənət sehr içində gözünə zəhi[243] kamal.

San beyti-ənkəbutə dolmuşmuş məgəsdürür,

Bu sineyi-müşəbbin içində ol xəyali-xal.

Əhli-səfayə xuni-sürahi həlaldır,

Kim şər içində  xuni-hərami edər həlal.

Alnında qaşlarını görənlər deyər, ey sənəm,

Bir ay kürəsində əcəbdir iki hilal?!

Ey hur cöhrə, başi nədən oldu aşağı?

Gər irmədisə Tubiyə qəddindən enfeal[244]?

Ola ki, xatirinə güzər eyləyim diyə,

Zəəf ilə etmişəm sanma kəndimi xəyal.

Peyvəstə ruzi-eydü səadətdürür yüzin

Kim, rövşən oldu bir gün içində iki hilal.

Mümkün degil, Nizamiyə sənsiz həyat kim,

Cansız cahan içində dirilmək olur məhal[245].

***

Yüzin ey reşki-qəmər nuri-təcəllamı degil?

Boyun ey nuri-bəsər qeyrəti-Tubamı degil?

Qamətin Sidrə təpin, hürü dodağın Kövsər.

Kuyinin hər tərəfi cənnəti-elami degil?

Dedi: ömr əbədi var sənə eşqimdə, dedim,

Zülfünün silsiləsi namütənahimi degil?

Şakirəm xeyli xəyalın bənə yar etdiginə,

Bu qədər yadlıq,  imdi bənə xeylimi degil?

Nola təzim edib ol yar, Nizami quluna,

Gər məhəlləm eytidirsə, məhəllimi degil?

***

Hüsnünə öyünməsin,  əynində gül,

Halına qılsın nəzər,  inəndə gül!

Gər görə bu lütf ilə  gül həddini,

Oda yana rəşk[246] ilə gülxəndə gül.

Bəndə gülü laləvü sünbül, sənə –

Hüsnünə aşüfte[247] haman, bəndə gül.

Gəlmədi qəddin kimi bustana sərv,

Gülmədi həddin kimi gülşəndə gül.

Qönçə sifət qönc[248] ilə gəlsin sözə,

Lalə kimi lal ola, hər  yanda gül.

Ruxlarına nisbət edərdim, əgər,

Gün bəki olurmusa tabında[249] gül.

Hüsnünü görüb gül ikən dillərin,

Gözlərinə xar ola, tikanda gül.

Verəli nəzminə, Nizami, nizam,

Vəsfin ilə oldu pərakəndə gül.

 

 ***

Dəmi həmdəm olmayana, həmdəm deməyim?

Dəmi kim, həmdəm ilə keçməyə, həmdəm deməyim?

Əlefü mimdir ağzın ilə qəddin, çü sənin,

Dərd ilə ol iki sin, mən neçəsiyəm deməyim?

Bil ki, könlümdə nə tutdum, dedim, ol yar dedi,

Tutduğun busü kənar isə ölürsəm deməyim?

Çünki seyd[250] etmədi sən gözləri ahuni mənə,

Mən rəqibinə dəxi kəlbi-müəllim[251] deməyim?

Çün yüzün Kəbəvü xalın həcərül-əsvəd[252] imiş,

Ləbü zülfünə çün həlqəvü Zəmzəm deməyim?

Baş qoyub yoluna ondan adım adam deməsəm,

Mən dəxi aləm içində adım adam deməyim?

Ürübən taci-bəla keçməz isə təxti-qəmə,

Mülki-eşq oldu Nizamiyə müəssəlləm[253] deməyim?

***

Fəsli-güldür talibi-badeyi-gülrəng edəlim,

Nəğmeyi-çəng[254] ilə eyş etməyə ahəng edəlim.

İçəlim cami-müsəffa, verəlim canə səfa,

Necə bir cəhl ilə  əql ayinəsin jəng edəlim.

Mütriba dur neyü qanun ilə işrət sürəlim,

Hasidin[255] yüzünü dəf, qamətini çəng edəlim.

Xatirin bülbülü gül söhbətin eylərsə tələb,

Sübhdəm gülşənə gəl,  bir sənü bir mən gedəlim.

Ağzına nisbət edərsə, özünü təngi-şəkər[256].

Aləmi başına təngi-şəkərin təng[257] edəlim.

Çün xədənginə onun mane olan cuşin imiş,

Yar üçün cəng edəriz,  cuşinlə cəng edəlim.

Qədəmi-xosrovi-afaqda cami-Cəm* ilə,

Təxti-Kavusa* keçüb, işrəti-Huşəng* edəlim.

Nəqşi-xalü xətlə mətləi-divanımızı,

Rəşki[258]-dibaçeyi-məcmueyi Ərjəng* edəlim.

Bəzmi-eşqində Nizami gər ola lafi-xirəd,

Alalım ağlını bir cürə[۲۵۹] ilə dəng edəlim.

 

 ***

 Dersəm hüsni-diləfruzuna  aşiq degiləm,

Sözüm eşitmə ki,  bu dəviyə[۲۶۰] sadiq degiləm.

Qu eşigində məni xidmətinə yüzüm soruban,

Məclisi-xasda çün söhbətə layiq degiləm.

Zahida, fasiqəmü[۲۶۱] rindi-nəzərbaz vəli,

Bu qədər var ki, sənin kimi münafiq[262] degiləm.

Etmə zülfün kimi ayağına düşdüyümü eyb,

Yandı kim, yaxıldı  kim, bilməzəm ayıq degiləm.

Ləbinin şərbətidir dərdi-Nizamiyə dəva,

Tibbi yaxşı bilirəm, sanma ki, hazıq[263] degüləm.

 ***

Xoş bu dəm ki, ölmüş ikən cana irmişəm

Kim, hicr içində vüsləti-cananə irmişəm.*

Əflakə irsə qədrlə başım əcəbmi kim,

Bürci-şərəfdə sən məhi-tabanə irmişəm.

Derlər ki, vüslətinə irən canə irişür,

Mən vüslətindən ayrılalı canə irmişəm.

Bir zərrəyəm ki, cəhd ilə xurşidə yetmişəm,

Bir qətrəyəm ki, səylə ümmanə irmişəm.

O Nizamiyəm  ki, kamalında vəsfinin,

Hüsni-nizami-nəzm ilə Səlmanə** irmişəm.

 ***

 Axır, ey dilbər, cəfa etməkdən usanmazmısın?

Müddəti-hüsnün nəhayət bulasan, sanmazmısın?

Tutalım, öldürəsən bu gün qamu aşiqlərin,

Ey, cəfaxu[264] yarın andə nə edəsən, sanmazmısın?

Sübhdəm yatarkən ol məh üstümə gəldi, dedi:

-Üstünə gün doğdi, miskin, dəxi, oyanmazmısın?

Ləli-nabından muradım istədim, səndən bənə,

Al, dedim, aldım muradım, yəni aldanmazmısın?

Zülfünün zəncirini bənd et bəna, dedim, dedi:

– Saqqalın ağardı, miskin, dəxi usanmazmısın?

Ey günəş, dəvayi-istiğna[265] edərsən hüsn ilə,

Tas olub, köyün-gədalar kimi dolanmazmısın?

Edəməz dersən rəqib ilə Nizami məni seyd[266],

Çünki ahusan, ya, sən it ilə ovlanmazmısın?

***

 Yüzi ta gündür, onun saçları dün,

Yüzi və saçıdır, derdim dünü gün.

Saçında könlümün avazı çıxmaz,

Əgərçi gecədə qatı çıxar ün.

Yüzindən yana varsa tənmi zülfün,

Gözəllərdən yana varır çün dutən.

Necə kim,  gün varır vəqti-zəvalə,

Adunun ömri, güni öylə olsun.

Cigər qanıyla yüzin yuya aşiq

Ki,  biqiymət  olur ağ olsa altun.

Yarım, düşmən yetər eşqində mənə,

Rəqibi, de ki, qəmzən iki biçsün.

Nizami gözləriçün ol ki, deyirlər,

Ol onunçün ki, ola sırd[267] səninçün.*

***

Gözlərim yaşını gözlər, ol büti-siminbədən,

Nitəkim,  göydə sürəyya gözlər ahuyi-Xütən.

Xari-hicrin bağrımı dəldi, mənə rəhm etmədin,

Sən əcəb xurmamısın səngin dilü şirinsüxən.

Şimdidən, ey dil, dilər xalın müşəvvəş aşiqin,

Hazır ol, vəqtinə didüm sana, hali şimdidən.

Xatəmi-hüsn olduğuna hər kim istərsə dəlil,

Bərqəyi[268] açıb yüzindən göstərər vəchi-hüsn.

Dersəm: – Ey can, gözlərin altında neylər bənlərin?

Deyir: – Olur müşki-Xüttayə nafi-ahu vətən.

Qəddinə kim baxsa, cana, sərviya ər-ər sanur,

Xədəni[269] kim görsə, aydər: – Yasəmindir, yasəmən!

Ol yüzi cənnət  nəzər etsə Nizami xakina,

Açılur qəbrinə rövzən[270] cənnəti-firdövsdən[271].

***

Qüssəni aləmdə şadi bilmiyən, şad olmasun!

Olmayan eşqin əsiri qəmdən azad olmasun!

Bu sifətdə gördüki yox kimsə nəsli-adəmi

Ki, görən ol mahi-hurivəş, pərizad olmasun!

Könlümün viranəsin dersən ki, məmur eyləyim,

Vədeyi-vəslin kimi biəsl bünyad olmasun!

Sərvi-qəddin aşiqə nəxli-cahanara yetər,

Hiç ər-ər[272] bitməsin aləmdə, şümşad olmasun!

Ağzını yad etdügümcə bana cövr eylər rəqib,

Yox yerə əhdində, şaha, kimsə  bidad olmasun!

Zülflə qəmzən çəkər çahi-zənəxdan məni,

Həbs içində çıxaran kimsəni cəllad olmasun!

Ey Nizami, çünki yarın gəncdir, viran dilər,

Qu vücudun mülki viran olsun, abad olmasun!

***

Gər edərsəm qəddü rüxsarın yolunda can rəvan,

Bitisər[273] sinəmdə, sinəm üzrə sərvü ərğəvan[274].

Şöylə heyran etdi qəddin sərvi, ey Leyli-xiram

Kim, başında yapdı Məcnun kimi quşlar aşiyan[275].

Cim(ج) zülfü mim(م), fəm(ف) bala əlef(آ),  sən türrə lam (ل)

Səndən olmuşdur cəmali-xaliqi-biçün əyan.

Qayət üzün güldügüçün mərdümi-bimarə şəb,

Gözlərinə zülf tuş olduqca qət eylər rəvan.

Nəqdi-dil kisularında xərc olur dedim, dedi:

– Gecələrdə xərc edərlər nəqdi-qəlbi bigüman.

Məclisindən xali olmazsa rəqib olmaz əcib,

Çün məsəldir kim, eşik yaşansız olmaz bostan.

Ey Nizami, hüsn içində ol cəfacu[276] dilbərin,

Əksügi aşiqlərə mehrü məhəbbətdir həman.

***

Ey könül, fəryad edib dad umma ol bidaddan!

Hökmü çün sultan edər əsəsi nədir fəryaddan?

Öylə illər keçdi   və bir dəm məni yad etmədi,

Kəndi yillərdir ki, hərgiz getməmişdir yaddan.

Dil edər çahi-zənəxdanında qəmzəndən həzər,

Həbs içində necə kim,  məhbus olan cəlladdan.

Hər xəmi-zülfün mənimçün qızdırır atəşdə nəəl,

Çün gül üzrə sünbülün olur müşəvvəş[۲۷۷] baddan[278].

Xütbeyi-hüsni bülənd avazə ilə rastdə[۲۷۹],

Qəddin adinə oxur morği[280]-çəmən şimşaddən[281].

Dil səri-küyün qoyub etməz həvəs darülsəlam,

Hər kişiyə kəndü şəhri yön gəlir, Bağdaddan.

Ey Nizami, itləri talar rəqibmi, xod[282] nolur?

Aşinadan xeyir gəlməz, nə umarsan yaddan!?

***

Divanə dil kim, xəstədir ol çeşmi-şux səng üçün,

Dami-bəlayə bəstədir ol zülfi-ənbər rəng üçün.

Çün seyri gülşəndir açan hüzn əhlinin könlün nola,

Ərz etsə dilbər arizin bir ləhzə mən diltəng üçün.

Mütrüb çu zülfi qolunu aşağı edə cəngdə,

Can riştəsindən eyləsin o tarını ahəng üçün.

Xari-fəraqi nişini nuş eyləyib can bülbüli,

Hər dəm  həzaran qəm çəkər ol ariz gülrəng üçün.

Yarın yüzin jəngari[283]-qəm tutduqca sürsin yüzümə,

Zira  gilə sürmək gərək miratə[۲۸۴] dəfi-jəng üçün.

Arizi aşiqlərə lütfü səfalar göstərər,

Gahi zireh çövşən geyər, meşkin saçından cəng üçün.

Zülfi ki, xəttinə dəlil olur seçəndən xalına,

Sən şahi-Çin ləşgər çəkər, mülki-Həbəşdən cəng üçün.

Daim eşigi taşını başinə vursa, aşiqin,

Biz başımız qayırmarız, illa ki, heyf ol səng üçün.

Demiş Nizami ardır yolumda, tərki-ardan,

Min arı tərk etmək olur, arı olan bir nəng[285] üçün.

***

Dilü can etdi ca, ol çeşmü əbru,

Anınçün dedilər bunlara cadu.

Dəlirmişdür[286] gözün sevdalarından,

Onunçün dağlara düşmüşdür ahu.

Oyatmaq bunların fikri məni kim,

Məgəs[287] çox olsa gəlməz gözə uyğu.

Dedim hüsn elinə kimdir Süleyman,

Çığırdı hüdhüdi[288]-can, dedi: – Bu, bu.

Ya mən duram qapında, ya rəqibin

Ki, bir yerdə sığışmaz iki ulu

Yuzin nurun əzəldən vəzn edərkən,

Məhü xurşid imiş kəffi-tərazu.

Xəyalı belinin könlümdə neylər

Ki, bitməz, oda yanmış yerdə çün mu[289].

Niçün dərya tökəm gözdən onunçün

Ki, damzırmaz ölürsəm ağzıma su.

Rəqib ilə çıxar seyrana daim

Ki, can onunla çıxar kim,  tutar xu[290].

Şu dəklü yaş tökər sənsiz Nizami

Ki, görən deyər, bu gözdən var, əlin yu.

***

Görünər qürreyi-qürrəsi niqab üstündə,

Şəmseyi-şəms fələk kimi səhab üstündə.

Kəndi lütfidir əgər yüzimə bassa qədəmin,

Kəndi lütfi yürüdər  ani türab[291] üstündə.

Ləbin üzər, nola qan etsə gözün ağzın üçün,

Yox yerə şimdi qan oldu şərab üstündə.

Xəttin üstündə görən zülfüni ey bülbüli-can,

Domi-tavus sanur pərri-qürab[292] üstündə.

Könlümə zülfi-siyəhkarinı hakim etmə,

Zülm edər şəhnə[۲۹۳] qoyma[294] mülki-xərab üstündə.

 

Ləbin üstündə nədir bünlərin[295] ey misri-[296]cəmal,

Nöqtələr kim qoydular şəkkəri-nab üstündə.

Nari[297]-eşqində, Nizami, oda sal firqəni[298] sən,

Sufi səccadə[۲۹۹] əgər saldısa ab[300] üstündə.

***

Yeridir, olsa ləqəb cami-mürəvvəq[301] ləbinə,

Yaraşır abi-müəlləq[302] dersəm qəbqəbinə[۳۰۳].

Tifli-nadan kimi, eylər əlefü bayə şüru,

Piri-danayi-xirəd[304] gəlsə  bu gün məktəbinə.

İttihadın var idi yar ilə, ey qəlb, əzəli,

Cövhəri-ruh hülul eyləmədən qalibinə.

Sanma yolunda hicab ola mənə məzhəbü kiəş,

Gər verəm hər necə məzhəbdə desən, məzhəbinə.

Sən mənim qanımı içərsənü mən qan udaram,

Nola rəhm eylər isən lüfilə həmməşrəbinə[۳۰۵]

Ya qəmin əqrəbi nişinə ləbin eylə dəva,

Ya kərəm eylə ağuovlatma məni əqrəbinə.

Uralıdan yüzin, ey muze[306], o sərv ayağına,

Kövkəbi-çərxi-fələk[307] rəşk[308] ilədir kövkəbinə.

Ey Nizami, ləbi çün  candır, o şirin dəhənin,

Ləbinə ol dəm irər kim, irişə can ləbinə.

***

 Xətti-mişkin kim, yazılmış lövhi-simin üstünə,

Sünbüli-tərdir tökülmüş bərgi-nəsrin üstünə.

Arizində xəttini görən sanar kim murçə,

Payi-müşkalud basmış bərgi-nəsrin üstünə.

Dəvi-islam edərsən, zülfüni yüzdən götür,

Mömin olan, küfrü tərcih eyləməz, din üstünə.

Nə qədər ölmüş isəm durram ayağın öpməyə,

Seyr edərkən, sərvəra, bassan qədəm sin[309] üstünə.

Çeşmi-pürəşkimdə, ey dilbər, xəyalı qəddinin,

Sanki xurşidi-fələkdir gəldi Pərvin üstünə.

Hər yənadan ol ləbi-şirinə dillər cəm olur,

Necə kim uçar məgəs[310] həlvayi rəngin üstünə.

Rəşk edər tavusi-qüdslər, məgəslər halinə

Kim, təkəllüfsüz qonarlar ləli-şirin üstünə.

İllər oldu kim,  fəraqında Nizami xəstədir,

Şam kimi gəlmədin, bir gecə balın üstünə.*

 

***

Bərgi-reyhandır saçın gəlmiş güli-tər üstünə,

Mahi-tabandır yüzin enmiş sənubər[311] üstünə.

Qorsi-mah üstündə eylər xuşeyi-Pərvinə təən,

Şam zülfün kim,  düşübdür şəmi-xavər üstünə.

Ləblərin üstündə, ey misri- məlahət, bünlərin,

San məgəslərdir ki,  qonmuş tüngi-şəkkər üstünə.

Busə verib canü dil almağa ol şirindəhən,

Sərbəsər razı dəgil, sər daxi əsnər üstünə.

Min dua verib  alırlar çünki bir düşnamını[۳۱۲],

Qıflı-mərcan vurma, cana, dürci[313]-gövhər üstünə.

Xubdur rəsmi-təriqi-dilrübalıq şivəsi,

Bir qəbadır kim,  biçilmiş qəddi-dilbər üstünə.

Ol ləbi-meyqun, zənəxdan üzrə, ey huri-behişt,

Cami-ləlindir qonulmuş hovzi-kövsər üstünə.

Daim artar çeşmimin yaş tökdükcə zəhməti,

Gərçi deyirlər: xəstəlik səhhət bulur, dürr üstünə.

Ey Nizami, halını yaqut çeşmin müqləsi[314],

Dəmbədəm[315] mişkin midad ilə yazar zər üstünə.

***

Kim görsə səni, sanar ki, günəş endi yerə,

Yerə keçsin səni  bu hüsn ilə hər kim ki, yerə.

Arizindən, sanma, öylə həya eylədi su

Ki, əgər yer dəlik olsaydı keçər idi yerə.

Niyə girdin varıb, ey dost, rəqibin evinə,

Çün bilirsən ki, mələk girməz it olduği yerə.

Hanı tale ki,  gələsən dizimi yasdınasın,

Mən öpəm səni və sən, özün urasan o yerə.

Məni səndən, sanma, kimsə cüda eyliyəməz,

Məgər ölüm gələ ki, cani bədəndən ayırə.

Gözlərim içinə salma yolu, qumundan onun,

Topraq ol gözə ki, bunun kimi qumdan qəyirə.

Ol sarayında və şəhr içi dolu ahü fəqan,

Vay əgər çıxsa sarayındanü bazara girə.

Sevinərsə  nola, sən mahə irən kim, sevinər.

Göydə istədigi kimin ki, əlinə yerdə girə.

Sevinər can səri-kuyinə Nizami ircək,

Şol müsafir kimi kim, məskəni-məlufə[۳۱۶] irə.

***

Ta ki, hüsnündən xəbər verdi səba gülzardə,

Qıldı dərdü qüssədən bülbül kimi, gülzardə…

Aləmi tatar zülfündən müəttər eylədin,

Qalmadı bir qılca qiymət nafeyi-tatardə.

Aşiqi-heyran kimi bir yerdə qalur, dəng olur,

Görsə qəddin şivəsin sərvi-səhi rəftardə.

Üqdəsində[۳۱۷] zülfünün ol xalə qılsınlar nəzər,

Görməyənlər möhreyi-mari dəhani-mardə.

Arizində can sual etdi xəttindən, dil dedi:

Sünbüli-tərdir çəməndə, yasəməndir nardə.

Ol dəhanin vəsli sevdasında  can tərk eylə kim,

Hiçə almazlar cahan mülkünü bu bazardə.

Mari-zülfünsüz həzər qılmaz gözündən can sənin,

Qüvvət olmaz, çün bilir qan tökməgə bimardə.

Ey Nizami, umma rəhm ol qəmzeyi-qanmazdan,

Çün vəfa olmaz bilirsən mərdümi-məkkardə[۳۱۸].

***

Yüzidir nöqtə onun hüsnlə şəmsü qəmərə,

Sözüdür təənə edən, təam ilə şəhdü[۳۱۹] şəkərə.

Ola kim, basdı ol itlərin ayağı, deyə,

Sürərəm yüzimi yüz zövqilə hər rəhgüzərə[۳۲۰].

Baxma xari-müjəmə[۳۲۱], gözlərimə bas qədəmin

Ki,  ziyan etmiyə xari-müjə nuri-bəsərə[۳۲۲].

Ahənin həbsə əsir eylədi tutimi fələk,

Qoyuban ləlini meyl eylədigiçün şəkərə.

Bunca yüz bin göz ilə necə ki, seyr etdi fələk,

Gətirəmədi bu hüsn ilə nəzirin[323] nəzərə.

İllər oldu ki, əsir olduğü əsirgəmədi,

Rəhm edərsə, nola, bu bəndə düşən bəndələrə.

Topraq onun başına kim,  zərü simi qazanıb,

Qoya topraqda və xərc etmiyə sən simbərə.

Ey Nizami, nəzər et, ol şəhi-fərrux rüxə[۳۲۴] kim,

Gəlmədi, gəlmisər mislü nəzəri nəzərə.

***

Etmə, nihan camalını, ey  məh, niqab ilə,

Daim rəva degil ki, ola əbr aftab ilə.

Süsən çəməndə mədhini söylərdi qönçənin,

Doldurdu şəbnəm ağzını dürri-xuşab ilə.

Sən sərvqədd yolunda süründü şu dəklu kim,

Tutdu  hübabdan tənini onun ab ilə.

Zülfü qəddari zikrinə layiq degil hənuz,

Yüz il yuyarsam ağzımı müşkü gülab ilə.

Cana, əcəbmi könlümə meyl etsə gözlərin,

Məstin həmişə başı xoş olur kəbab ilə.

Ey dil, saçanda xədü[۳۲۵] ləbin,  gör, nə xub olur,

Söhbət qaranlıq gecədə şəmü şərab ilə.

Gəldi Nizami, dərdinə ləlindən əm[326] sorar,

Şafi[327] cəvab ver, qoyma, onu cəvab ilə!

***

Sünbüli-tərdən gül üzrə ənbərəfşan eyləmə,

Könlümü zülfün kimi halın pərişan eyləmə!

Yüzinə yüz dürlü gülüb hər bir xəsin[328],

Bəni bülbül  kimi, ey gül, zarü giryan[329] eyləmə!

Qıl, bizə dərman ki, dərdin etmişiz dərmanımız,

Hər dəvadan bixəbər, badərdə dərman eyləməz.

Həsrəti-zülfü zənəxdanından, ey siminbədən,

Aləmin eyşin mənə, bənd eylə, zindan eyləmə!

Mehri- mehrin xatəmin ki, saxla, hər naəhldən,

Divü pərinin yerin təxti-Süleyman eyləmə!

Dilbəra, mülki-Nizami olmasa, olur xarab,

Hüsnünün mülkini, məmur eylə,  viran eyləmə!

***

Kəbeyi-hüsü məlahət demiyən, sən sənəmə,

Məhrəm olmadı hərmi-hərəmi-möhtərəmə.

Qan ki, dərd ilə dil, həmnəfəs oldu, tapana,

Ey xətayi-bəççə[۳۳۰], çox şükür, o dəmdən bu dəmə.

Səri-zülfüni dəhanında görüb xəstə könül,

Dedi, dərdinə irər axəri, ömrün ədəmə[۳۳۱].

Görəli qamətü zülfü dəhənin hərflərin,

Uğradım, fariğü[۳۳۲] azadə yürərkən, ələmə[۳۳۳].

Məgər ol dəm, yetişə, ayağın öpməyə, əlim

Ki, əcəl bəni bərabər edə xaki- qədəmə.

Sevinər can görcək, itlərin izin, necə kim,

Yolda bir acü gəda uğruya bir qaç dirəmə.

Ləzzətindən iki yarıldı zəbani qələmin,

Ləbi-ləlin sifətin ta ki, gətirdim qələmə.

İrəmi vəslə Nizami, dedim asan irəmi,

Dedi can vermədən irməz kişi baği-İrəmə.

***

Seyr etdigindən ol sənəmin hər ləvənd ilə,

Məqsud adı çəkilməgmiş dadlənd ilə.

Ari çanağında şunlara ki, aş verməli degil,

Bəslər dəhanü qəmzəsı badamü qənd ilə.

Biz quru taxta bulmarıq, əğyar xoş keçər,

Altında ac[334] ayaqlı gümüş taxtabənd ilə.

Ağac milə heyf, gümüş sürmədən, vəli,

Kor olsa çeşmi-dil nə dəva, kühlbənd[335] ilə.

Bir ağça satınca iki külçə gümüşü,

Ver müftə barı, əcrini Allahdan dilə.

Qozağa çam[336] çatalı, mahal dersən, ey nigar,

Öyünmə  çam ağacına sərvi-bülənd ilə.

Qapdırmaz idi xəlqə gümüş həlqə rümh ilə,

Şahlıq nişanı olmasa ol ərcümənd ilə.

Zəhi pəhləvan şu kürz[337] ki, hənqami-işvədə[۳۳۸],

Bin kürzi qalxana ala bir ləəbbənd[339] ilə.

Şimdi donuz təşağına, ya Rəbb, nə xoş dadır,

Şol şirə seyd olmayan ahu kəmənd ilə.

Tale hanı ki, qəddin o bədrin hilal edə

Kim, yar olur, sitarəsi yox dərdmənd ilə.

Hər bir pəlid önündə deyin ol, gülüzarə kim,

Pəst olmasın  onun dəxi sərvi- bülənd ilə.

Qovdu nə düşmənin nəsnədir, Nizami çün,

Ol yadınca, baş qoşa sən müstəmənd[340] ilə.

***

Ol sərvi-gülzar ki,  çağındadır  dəxi,

Can cilvəgahı tələti bağındadır dəxi.

Gərçi ki, xali danələrin dərdi, mur[341] xətt,

Can mürğ[۳۴۲]i qarə zülfünün ağındadır dəxi.

Zülfün xəmində bunlar ki, bənzəməz degil,

Tefli-Həbəş ki, dayə qucağındadır dəxi.

Xəttin qəmilə qəddi büküldü bənövşənin,

Görməzmisin ki, başı ayağındadır dəxi.

Zülfün ucunda ləlini gördükcə sanıram,

Bir tazə qönçədir ki,  budağındadir dəxi.

Hüsnün təbincə[۳۴۳] vurdu mehə, xəşm[344] edib şahə,

Ol  pəncənin nişanı yanağındadır dəxi.

Zülm ilə qanım içdiginə ol pərisifət,

Şahid yetər ki, rəngi dodağındadır dəxi.

Ol çox yaşayası, məni gördükcə xəşm[345] edər,

Pəndi-pedər[346] məgər ki, qulağındadır dəxi.

Qəmdən hilala[347] döndü vücudu Nizaminin,

Lölövəşin[348] həvası dəmağındadır dəxi.

***

Dilbər ki, dil yolubna  rəvandır, rəvan dəxi,

Yolunda tərk oldu cahandır, cahan dəxi.

Çün zülfi cimü, qəddi əlef,  qaşı nunmuş,

Dersəm nola o sərvi-gül əndama can dəxi.

Mehri-ruxun[349]  fütadəsi[350], ancaq zəmun degil,

Sərgəşte[351] ol həvadə yayılar asiman dəxi.

Mehrində dil məlamət oxuna nişanədir,

Eşqə nişan dilərlərsə, uş nişan dəxi.

Gər duzəx içrə vəslin ələ  girsə eyş[۳۵۲] edəm

Ki, ol eyşə həsrət elələr əhli-cinan[353] dəxi.

Ləlin şərabın içməyə zülfün nə mən”[۳۵۴] edər

Kim, su içərkən adəmi urmaz ilan dəxi.

Cana cəfa bu isə  ki,  qəmzən qılır mənə,

Çox keçmiyə ki, aydərlər ölmüş filan dəxi.

Etmə, Nizami, yüzi günəşdir deyə bəyan,

Ol xüd əyandır, ona nə hacət bəyan dəxi.

****

Eşqini canımda cana saxlaram canım kimi,

Mehrini mehr etmişəm sinəmdə imanım kimi.

Firqətin dövründə, ey xurşidi-eyvani-cəmal,

Göylərə irdi düxanım[355], ahü əfqanım kimi.

Düşəli eşqin odu cana həvayi-könlümə,

Üz suyun  toprağa saldım adımü sanım kimi.

Ruxların şövqilə, ey dilbər, çəməndə hər səhər,

Gül qəba[356] eylər, qəbasını  gəribanım kimi.

Zülfü rüxsarın qəmindən, dilbəra, hər sübhü şam,

Qan tökər çeşmi-fələk, bu çeşmi-giryanım[357] kimi.

Badəyə əhd etmişdim ləblərin əhdində  leyk,

Neçə peymanlar  sidi[358] peymanə, peymanım kimi.

Pozalı əqli nizamını, Nizami  tək qəmin

Ki,  pərişan haldır, hali-pərişanım kimi.

***

Eşqin olalı  canıma həmdəm, dedikləri,

Dərd oldu dil hərəminə, məhrəm dedikləri.

Bəzmi-Qubadi- eşqdə can meypərəst ikən,

Öyrənməmişdi cam adına, Cəm[359] dedikləri.

Bu nəqşi-qəddü zülfü dəhan ilə, ey pəri,

Sənsən,  cahanda varsa adəm dedikləri.

Hicrində şöylə üns tutubdur  mənimlə kim,

Bir ləhzə mənsiz edilməz ol qəm dedikləri.

Görməz olalı çeşmü qəddü zülfü ağzını,

Görünməz oldu  gözümə aləm dedikləri.

Qarun kimi yerə keçə lütfündən  utanıb,

Göydən enərsə İsayi-Məryəm dedikləri.

Dəmlər gəlür, Nizami, başa, eşq içində kim,

Min ilcə görünür gözə bir dəm dedikləri.

***

Ey dil, görürsən  ol boyi-sərvi-rəvanını?

Su kimi ayağına rəvan et rəvanını!

Bu türfədür[360] ki, nöqteyi- məvhum ikən,

Qismət ola, deyibən, mən umaram dəhanını.

Bir xırda ilə  bir qılca vəxtində min yerin,

Heyran olur eşitsə sifati-miyanını.

Ey sağər[361], ağzın  öpdügünə şöylə oldu xəlq

Kim, hər kişi dilər ki, səndən içə qanını.

Ey şəm, lafi-hüsn[362] edib  ol məhliqa[363] ilə,

Ortaya gəlmə, yoxsa kəsərlər dəhanını[۳۶۴].

Kimin ki, simi[365] var, yaraşar saidin[366] kimi,

Yanınca salınıb vətən eylərsə yanını.

Can bülbülünə gülşəni-cənnət qəfəs gəlir,

Ta aşiyan[367]  etdi  sənin  sitanını[۳۶۸].

Gördükcə sərvi-qamətini Sidrə sanıram,

Tavusi-Sidrə türreyi-ənbərfəşanını[۳۶۹].

Etməz Nizami ol yuzi gülgünə çün əsər,

Tut kim, ənani-[370] çərxə irədin[371] fəqanını.

***

 Şərmsar[372] etdi yuzin lütfi,  güli-novruzi[373],

Tələtin[374] qıldı xəcil şəmi-cahanəfruzi[375].

Güli-novruza nəzər etmiyəm, ey dust, dəxi,

Baği-hüsnündən ola mənə güli- növruzi.

Nə sudur arizin, ey badə verən, xakima kim?

Oddan artıq irişər canıma onun suzi[376].

Baxmadan yaşıma can vermədi dərd ilə rəqib,

Görmədən ölmədigi gerçək imiş olduzi.

Kəşf ola sirri-səmavat[377] ilə qeybi-ərzin[378],

Gər ola gözlərimə sürmə ayağın  tozi.

Şəhriyar olalı sən şəhri-məhəbbətdə, şəha,

Buldu qəm ləşgəri can mülkünə piruzi[379].

Vəsli-dövlət günüdür canını ver şükranə,

Gər Nizami sənə Həq ruzi qıla ol ruzi[380].

***

 İşrətü eyş olanın yar ilə karı, barı,

Nədir ol dünyada namus ilə arı, barı!

Eşqə səbr etmiyənə çarə səfərdir, dedilər,

Tərk edəlim yenə bu darü diyarı, barı!

Gözümüz vüsl günün görməzsə görməsin,

Görməz olaydı əğyar ilə yarı, barı!

Bağ ilə dar tapınsız çün olur bağ ilə dar,

Mən tapınsız nə edərəm, bağ ilə darı, barı!

İrdi çün  səhni-fələk övcuna fəryadü fəğan,

Niçün irişmədi ol yarə bu zari, barı!

Neyləsin eşidib əfqanını bu xəstə dilin,

Bir güli-tər ki,  hezar[381] oldu hezarı, barı!

Sanma, cəhd ilə, Nizami, bulasan yara vüsal,

Ayə kim gördü ki, irişdi qubarı, barı!

***

Dilbər götürdü çünki yuzindən niqabını,

Çərxin götürdü çərxə məhü aftabını.

Yüzinə qapu yaparsan, bacadan düşər,

Görəli aftab yuzün mahtabını.

 Cür”ən[382], rəqibə sünma[383]ki, kafər, rəva degil,

Huri əlindən içməyə cənnət şərabını.

Derlər pərilərin yeri viranələr olur,

Məskən yeridir, eyləsə könlüm xərabını.

Hər xəstə ki, eyləsə xuni[384] gözün həlak,

Sürmə edərlər əhli-bəsirət[385] türabını[۳۸۶].

Kafərlərin cəhənnəm içində yana içi,

Hicrində görsələr cigərim iltihabını.

Kuyində keçdi hicrilə ömri Nizaminin,

Cənnət içində çəkdi, cəhənnəm əzabını.

***

 Şərmsar etdi saçın nafeyi-müşki-Xütəni,

Necə kim, gözlərimin yaşı əqiqi-Yəməni.

Navəki-tiri-qəzadır[387] gözünü hər müjəsi[388],

Həlqeyi-dami-bəladır[389] saçının hər şikəni[390].

Sən əzizin xəbərin atalı gülzarə səba,

Çak[391] edər həsrət ilə Yusifi-gül, pirəhəni[392].

Seyr edərkən boyunun şivəsini gördü məgər

Ki, utanlb keçdi həyadan yerə sərvi-çəməni.

Dedilər banə ki, hərcayidir[393] ol yar, dedim:

-Şəmdir, rövşən edərsə, nola hər əncüməni[394].

Talei kövkəbi[395] olmazdı müqarın[396] şərəfə,

Sənə ism ilə qərin[397] olmasa Veysi-Quranı.

Gərçi hüsn ilə Süleymansan və Cəmşidi-zaman,

Hatəmi-mülkə əmin eyləmə hər Əhriməni.

Xar hicrilə ölən bülbüli-şuridə dilin,

Yaraşar kim,  ola gülbərgi-təridən[398] kəfəni.

Nəzm damına şəkər saçdı, Nizami, danə

Ki, məgər səyd[399] edə ol tutiyi-şəkkərdəhəni.

***

Qəmzən xədəngi zəxm vuralı canə, Mustafa!

Dərdü qəm ilə döndü cigər qana, Mustafa!

Xali xüddin yüzqündə nə zalımdır, ah, kim,

İslam içində qəsd edər imana, Mustafa!

Olsan rəvan bu qamətlə, xəclət irişər,

Səhni-çəməndə sərvi-xuramana, Mustafa!

Bülbüli qəm ilə lalü həyadan gülab olur,

Gəlsən bu tələt ilə gülüstana, Mustafa!

Pərvanə kimi şəmruxun şövqi yadına,

Hicran odu ilə dil necə yana, Mustafa!?

Bu dərdi-təlxi-hicr Nizamini öldürür,

Şirin ləbindən irməsə dərmana, Mustafa!

 ***

Getdi nuri-bəsir[400], ey sərvi-rəvan, sən gedəli,

Tərk edib cismi rəvan,  oldu rəvan, sən gedəli.

Sənsiz, ey şəmseyi-şəmsi-fələkaray[401], bana,

Gözlərümə qorxu oldu cahan, sən gedəli.

Laləvü sərvü xuramanə  nəzər eyləməzəm,

Ey yüzi lalə, boyu sərvi-rəvan, sən gedəli.

Neyçün irməz sənə, ey mahi-cəhantabi-fələk[402]

Ki,  irişər göylərə fəryadü fəqan, sən gedəli.

Dil güman eylərdi ki, ola, Nizami, sənsiz,

Gəl-gəl, ey can ki, yəqin oldu güman, sən gedəli.

***

Könül qəmi ilə nə canın ki, xəstə oldu məzacı,

Ləbindən özgə əcəbdir əgər olursa əlacı.

Fəzayi-aləmi-məəni münəvvər olsa, əcəbmi?

Könül sərraçəsinin çün cəmalın oldu sərracı.

Könüldən istəməz oldu xəyali-zöhd[403] ilə din,

Nə şah olur ki, elindən götürdü bacü xəracı.

Götürüb əlini, tutar yüzini göylərə nərgis,

Yüzini görəli oldu məgər ki, sənə duaçı.

Rəqibə dadlı sözün, məni bir gün öldürərsə,

Kişiyi şimdimi, başdan çıxardı dinəndə acı.

Məhəbbət əhlinə sultanlıq istiyən kişinin,

Gərək ki, tozla, torpaq ola taxtü tacı.

Nizami kuyinə vardı çü görmədi yüzin ayın,

Dedim ki, Kəbiyə vardıü və nur  görmədi hacı.

***

Mürəbbelər

 

Hər pəri yüzini kim, tutdu qəm-əfzayi saqqal,

Yüzi qaralayıb eylədi rüsvayi saqqal,

Gizli eybini əyan etdi sərapayi saqqal,

Saqqal, ey vay saqqal,  vay saqqal, ey vayi saqqal!

Ol ki, sözü iki olmazdı, nə söylərsə,

Saqqalı qovuşcaq hər nə qədər dilbərsə,

Saqqalından sözü keçməz kimə kim,  söylərsə,

Saqqal, ey vay saqqal,  vay saqqal, ey vay saqqal!

Bir pəri çöhrə ki bulunmazdı misli Həmil,

Kimsə lütfündən onun etməzdi qal ilə qil,

İki dirhəm saqqal ilə nə əcəb oldu səqil[404]?

Saqqal, ey vay saqqal,  vay saqqal, ey vay saqqal!

Ol ki, dərdindən oda yaxmışdı lalə cigər,

Yüzi görsə həyadan utanırdı güli-tər,

Saqqalı bitlidi, olmuşdur adı indi səqər[405],

Saqqal, ey vay saqqal,  vay saqqal, ey vay saqqal!

Hər nə hüsnü dayanıb aşiqinin könlünü siyir,

Siqli bitsə pşimanlıq odu canını yeyir,

Saqqalın yolar və uğradığına dərd ilə deyir:

Saqqal, ey vay saqqal, vay saqqal, ey vay saqqal!

Bir pəri zadü güləndamü sənubər qədd ikən,

Lalə rüxsarü səmən, cöhrəvü gülgün xüd ikən,

Saqqalı batsa olur gül, yüzi güllərə tikən,

Saqqal, ey vay saqqal,  vay saqqal, ey vay saqqal!

Hər kimə kim, saqqal ovcundan irər dərdü əna[406],

Yoldurub, yolmaq ilə, yolmaya dərdinə dəva,

Andırıb ananını  bağlamıyınca qoymuya,

Saqqal, ey vay saqqal,  vay saqqal, ey vay saqqal!

Ey Nizami, neçə cür etdisə sənə ol nigar,

Birinə min əvəz eylədi saqqal axər kar,

Kimə uğrarsa  öldüm deyib, “sağu sıxar”[۴۰۷]

Saqqal, ey vay saqqal,  vay saqqal, ey vay saqqal!

 

***

Sevdim yenə bir mahı ki,  dövran gözəlidir,

Sevdayi-qəmi-eşqi könüldə əzəlidir,

Bustani-canan gülşəninin tazə gülüdir.

Məhbubəm, əfəndim kim, onun ismi Əlidir.

Sehr ilə nəzər qılalı, ol dilbəri-fəttan[408],

Divanə olubdur, saçı bəndində dilü can,

Meyl etmədi gözüm yaşına, ol sərvi-xuraman,

Məhbubum, əfəndim kim, onun ismi Əlidir.

Mən bəndəsinə rəhm ilə bir kəz nəzər etməz.

Bənzər ki, ona naleyü ahım əsər etməz,

Sanar bizi yolunda məgər tərki-sər etməz,

Məhbubum, əfəndim kim, onun ismi Əlidir.

Canı nə edərəm mən, mənə canan ələ girsə,

Dil xəstəsinə yəni ki, dərman ələ girsə,

Can verəydim bir gecə üryan ələ girsə,

Məhbubum, əfəndim kim, onun ismi Əlidir.

Əğyarına hər dəmdə işi lütfü kərimdir,

Mən quluna niçün, əcəba, cövrü sitəmdir?

Bir busə əta qılsa Nizamiyə kərəmdir,

Məhbubum, əfəndim kim, onun ismi Əlidir.

Müxəmməs

 

Düşəli eşqinə, ey rüxləri bədr ay, könül,

Oldu zülfün kimi aşüftə və bəd-rəy, könül,

Necə kim,  hay dedim, isləmədən hay, könül,

Eylədin xəlqi-cəhanə məni rüsvay, könül,

Vay könül, vay bu könül, vay könül, vay könül!

Gah yanar şəmi-rüxün şövqünə pərvanə kimi,

Gah dələr həsrət ilə yürəgimi şanə kimi,

Gah verər ari[409] ilə aşiqi-divanə kimi,

Gah tökər gözlərimin yaşını dürdanə kimi,

Vay könül, vay bu könül, vay könül, vay könül!

Həmnəfəs olmağa sən Xosrovi-Şirin ləb ilə,

Vermişəm arı yelə, namü nişan ilə belə,

Dilə düşmüş, yalnız mən degüləm əldən ələ,

Dil əlindən neçələr düşdimənim kimi dilə,

Vay könül, vay bu könül, vay könül, vay könül!

Tir[410] qəddimi kaman eylədi ol huri-nijad[411],

Şəst qəmdən dili-sevdazəde, olmadı qoşad[412],

Deyirdim ki, eyləyim mən dəxi dilbərləri yad,

Dil əlindən kimə fəryad edəyim, kim verə dad?

Vay könül, vay bu könül, vay könül, vay könül!

                                    Dübeyti

 

Gər cahanın bir yerə  cəm edələr nəqqaşını,

Nə gözün rəsm edələr, bu şivədə nə qaşını,

Yol daşına basar ayağını, basmaz yüzümə,

Yoldaşından, ah kim, yekrək  görür yoldaşını.

                                    Tək beytlər

 

Qanımı tök, etmə nalan, hicr ilə  qanun kimi,

Çün məsəldır dedilər:  qan ilə qanun eyləmə!

***

İç iki  ayaq badə ki, ol iki ayağın,

Boynuma əgər dağca olurisə günahı.

***

İrmişəm meraci-vəslə, dedigi, sözün, rəqib,

Vaqiən bilmək dilərsən  uş-eşin, uş nərdiban.

***

Çıraq qəsidəsi

Ey pərtovi-liqayin[413] ilə binurü fər[414] çiraq,

Nisbət üzünə şəmsü qəmər, müxtəsər çiraq.

Dildən ölüncə sureyi-nuri gidərmədi[415]

Ta müshəfi camalına qıldı nəzər çiraq.

Ey müshəfi-cəmalına nurü zeya vərəq,

Ey şami lütfü xalına şəmsü qəmər çiraq.

Barmağını göstərdi imam, məcus ikən,

İmanə gəldi yüzünü gördü məgər çiraq.

İç yağını əritdi düşüb nari[416] şövqünə,

Olsa həvan ilə nə əcəb namvər çiraq.

Vüslət şəbində pərtoi-hüsnündən, ey pəri,

Könlüm səraçəsində yanar ol qədər çiraq.

Kim, bənzər ona kim, tuta qədrü bəratdə[۴۱۷],

San kim, hərimi-Kəbə yüzün sərbəsər çiraq.

Mehri-rüxün gönüldə nə vəch ilə gizləmə,

Olmaz nihan çü şişədə, ey simbər çiraq!

Şəb zülmətində görməyə nuri yəqin yüzün,

Şəmi cəmalını bulur əhli-nəzər çiraq.

Gördüm yüzünü qamətin üstündə, ey sənəm,

Sandım ki, şaxi-sədrdə[۴۱۸] tutar müqərər çiraq.

Cilvən görüb dirilsə əcəbmidir, əhli-dil?

Pərvanə cəm olur, olcaq cilvəgər[419] çiraq.

Can versə sübh, vəslə irib şəmi-dil nola?

Sübh ircək cəhandan edər çün güzər çiraq.

İrməz cəmali-surət ilə sana, ey pəri,

Gər bula hüsni-huri və şekli bəşər, çiraq.

Dəvi hüsnündə nə qədər dili çərbisə,

Səninlə laf hüsn edəməz, ey pesər çiraq.

Qəndil qarşına boğazından aslandığın,

Gördü həsəddən, odlara yaxdı cigər çiraq.

Alnından aldı deyilsə, yanağın xətami nur?

Zira qəmər həmişə günəşdən yaxar, çiraq.

Zahid cəmali tələtini görmək istəməz,

Çün bibəsər der,  sənmi bibəsər çiraq?

Başında oğru kimi müdam od yanar, şəha!

Nurü ziya üzündən  oğrular məgər çiraq?

Yaxsan Nizamini, nə əcəb cövrün oduna,

Pərvanəsini oda yaxar çünki hər çiraq.

 

  Şahzadə  Səncər ilə Məlik Toğrulun[420]

                           m ə d h i

Vəsfində ol camalın zikr etdiyini bu dil,

Hər kim eşitsə deyər:  Allah  dürri-qail.(الله در قائل)

Yüzünə qarşı gözü yaşını kim görərsə,

Oldu sanır surəyya xurşid ilə müqabil.

Ol zülf, ol bünaquş, sobanü[۴۲۱] dəsti-Musa,

Ol xalü ol zənəxdan, Harutü çahi[422]-Babil.

Pürxəşm[423] çeşmini çün qaşın içində gördüm,

Sandım ki, eyləmişdir xurşid qövsi-mənzil.

Divanədir görəndən şu  arizin[424] səfasın,

Badi-səba onunçün vurar ona səlasil[425].

Tiğ ilə heykəlini se parə[۴۲۶] eyləyəydim,

Boynuna hər kişi kim,  qolun qılır həmail[427].

İnsü pəri[428] nolur kim, hurü mələkdə yoxdur,

Bu hüsn, bu lətafət, bu şəkil, bu şəmail[429],

Böylə lətifü pakü biqillü qaşdır ol kim,

Olmasa beli  derdim, yoxdur tənində bir qıl.

Bu surət ilə səni gər görsə idi Leyli,

Məcnun kimi olardı, əlbətdə, ağlı zail.

Ləli-həyatbəxşin qanım tökərsə hökmü,

Çün taleyimdən olur, abi-həyat qatil!

Məxmuri-xab olarsa qəmzən əcəbmi, çün kim,

Hər fitneyi, uyutdu əhdində, şahi-adil.

Ol qibləyi-əali, ol Kəbeyi- məali,

Ol  mənbəi-məani, ol məcməi-fəzail.

Sultan Əbülfəzail Mir Əhməd, ol məlik kim,

Bir bəhrdir ki, bulmaz əql ona hiç sahil!

Ol kim qatında dünya biqədrdir, nitə kim,

Cahil qatında alim, alim qatında cahil.

Rayati-izzü dövlət rayindən oldu ali,

Ayati-fəthü nüsrət şanında oldu nazil.

Nəəli-sümi-səməndün,  taci-səri-səlatin,

Xaki-dəri- sarayın abi-rüxi-əfazil[430].

Cəmşid kimi hökmün ins ilə cinnə nafiz.

Xurşid kimi feyzin bərr ilə bəhrə[۴۳۱] amil.

Ey xətti-istifadə, ədlin sənin müvazi,

Vey səthi asimanə,  qəsrin sənin məşakil[432].

Bərcis kim, olubdur əqzəlqozati-gərdun,

İrməz sənə nə qədri, elm içrə olsa kamil[433].

Bəhri-mühit olubdur qapın gədalərindən,

Görməzmisin ki, derlər, hər kişi ona sail[434].

Ətbaği-asimanı  qəhrin oda yaxardı,

Gər ara yerdə lütfin olmasaydı hail[435].

Hökmün qatında şaha, kuhi-giran[436], səbüksər[437],

Əzmin qatında həqqa bərqi-əcul[438], kahil[439].

Rayin şüası ilə  afaq rövşən idi,

Ovci-fələkdə əncüm[440] yandırmadan məşail[441].

Keyvan kim, eyləmişdir yeddinci çarxı məskən,

Qəsrində pasibanə[۴۴۲] olmaz dəxi mümasil[443].

Mərrix kim, tutubdur xəşmilə əldə xəncər,

İstər ki, düşməninlə ola sənin müqabil.

Xurşid kim, tutubdur hüsnilə kainatı,

Bir zərrədir camalın qatında böylə bilkül[444]

İllər durur ki, zöhrə[۴۴۵] təlim saz ilə,

Bəzmində[۴۴۶] tutmağa çəng olmadı daxi qabil.

Bəndən kimi Ətarüd[447] almış əlinə xamə,

Mədhin yazıb tükətməz, ey şahi-mehribandil[448].

Məh, Kəbei-hərimin edəm deyə ziyarət,

Dünyanı həp dolanar,  qət eyləyib mənazil.

Hikmət cəridəsində[۴۴۹] zehnin təəmmül[450] etsə,

Sirri-qədər[451] içində  qalmaya qılca müşkül

Sən şəhriyar vəsfin etməkdə fikr, aciz,

Sən şəhsəvar mədhin qılmaqda əql racil[452].

Hər ömür kim, qapında keçməyə, ömr zaye,

Hər fikir kim, deyildir fikrində,  fikri-batil.

Ol Xosrovi-zəmanə kim, əzmi-rəzm edicək,

Şəbdiz cünbişindən aləm dolar zəlazil[453]

Gəh tən nizəsindən çeşmi zireh tökər qan,

Gəh xəncər suyundan əəda[454] içər həlahil[455].

Ərzani[456] olduğiçün,  verdi və verirsə Həqq,

İzzü səfayi acil[457],  cah-cəlalı acil.

Si ayağın[458] adunin fərqində yox comərdi,

Kəs başını həsudun, təhtində yox çu tail[459]

Tiği-ədu[460] şikarın, kəffi-kərəm şüarın,

Kuşişdə bərqi-xatif[461], bəxşişdə müzni-nail[462].

Gər məclisində saqi cürən yerə tökə idi,

Əzmi-rəmim olardı filhali-ruhə qabil[463].

Gər tərbiyət gözüylə xaki-siyahə baxsan,

Ləlü əqiq olar səng,  müşkü əbir olar gil[464].

Fəzlü şərəfdə bürhan  hacət deyil sənə çün,

Xürşidi-hüsnün içində lazım deyil dəlayel[465].

İzzü cəlal içində fəzlü kəmal içində,

Hər qul qapında Dara, hər qıl tənində Herkul.

Qullar kimi qapında, tabun edərlər idi,

Bu əsrdə qalsa,  şaha, şah Səncər ilə Toğrul.

Bu Səncər ilə Toğrul vəsfini, ey Nizami,

Cizsan, murad edərsən şah qapısına doğrul[466]

Çün zatı vəsfə gəlməz, ey dil, sözü uzatma

Ki, ola südaə müncər[467], xətm eyləyib dua qıl.

Ol şah ki,  cudi[468] vəsfin min ildə axır etməz,

Gər yüz minində birin nəql eylər olsa nağıl.

Necə ki ola ömrün, heyrani gün ilə dün,

Necə ki, ola mədhin aləmdə vardı dil.

Xalqın dilində mədhin, olsun müdam olsun,

Hər bir ilin  tümən gün, hər bir günün tümən il.

İzzət başında əfsər, dövlət qapında çakər,

Mətlub həp müyəssər, məqsud cümlə hasil .

[۱] İnternet mənbələrində də var.

[۲] Bax. Dövlətşah Səmərqəndi. Təzkirətül-şüəra.

[۴] Gəlməkdədir

[۵] ətirli

[۶] əzab

[۷] Alnına yazılan, qədər.

[۹] Qaranlıqda parlayan ay parçası

[۱۰] Sürtməklə safa çıxartmaq

[۱۱] Getdiyin yol

[۱۲] Cənnətə

[۱۳] Adları qoyanda Allahdan ilham olunur.

[۱۴] Qan pulu

[۱۵] Sağlıq və nuş

[۱۶] Xəstə

[۱۷] Hüsnün səhvlərini

[۱۸] Tamah dişi

[۱۹] ətirli

[۲۰] Şax, dik

[۲۱] Elan, dəvət

[۲۲] layiq

[۲۳] Kədərli

[۲۴] narkoman

[۲۵] Buruq saç

[۲۶] Xəcalətli

[۲۷] əgər ki…

[۲۸] yuva

[۲۹] Cəhənnəm

[۳۰] Dünyagörmüş göz

[۳۱] Munisim

[۳۲] Mərhəmət, rəhm

[۳۳] paltarı

[۳۴] Xeyriyyəçilik

[۳۵] irəli, ün, qabaq

[۳۶] Göyərçinləri

[۳۷] yanaq

[۳۸] Qumla dəstəmaz almaq

[۳۹] parlasa

[۴۰] Yox edər, itirər.

[۴۱] Vahiməli gözündədir.

[۴۲] Ülkər ulduzları

[۴۳] Tənə

[۴۴] sırğa

[۴۵] Qulağın sırğa taxılan yeri

[۴۶] Tuşindədir – Gəncə dialektində işlənən sözdür: yəni qarşındadır.

[۴۷] Üzünün çətrinə

[۴۸] Nəsihəti

[۴۹] ərəb əlifbasında dal və mim hərfləri.

[۵۰] əyridir

[۵۱] bayraq

[۵۲] Nəhayət, axır

[۵۳] Alçaq, səfil, yazıq

[۵۴] şeyin

[۵۵] heçlik

[۵۶] şüası

[۵۷] Hündür tağa

[۵۸] qızarmaq

[۵۹] Al şərab saqisi

[۶۰] Pis fikrə

[۶۱] Hamının

[۶۲] Ey hüri

[۶۳] peşmançılıq

[۶۴] əyri

[۶۵] Məqsəd

[۶۶] ox

[۶۷] Müftə

[۶۸] Gəlməkdədir

[۶۹] ətirli

[۷۰] əzab

[۷۱] Alnına yazılan, qədər.

[۷۲] bax

[۷۳] Yasəmən yarpağı

[۷۴] yaralanır

[۷۵] Qərq olub, batıb

[۷۶] harada

[۷۷] Qara  saçın hörüyü

[۷۸] Cənnət bağı

[۷۹] Üz örtüyü, duvaq

[۸۰] Ağ bulud

[۸۱] Çəkinməz

[۸۲] imdad yükü, əziyyət yükü, zülm yükü

[۸۳] üzü

[۸۴] örtülü

[۸۵] Dadlı su, cənnətdəki bulağın suyu

[۸۶] Atlıların başçısı, mahir at minən

[۸۷] Türrə- qadınların alınlarına buraxdıqları qıvrım saç

[۸۸] Nab – saf, şəffaf, xalis

[۸۹] Ağlar gözümdən

[۹۰] Cavan ağac, fidan

[۹۱] arx

[۹۲] su

[۹۳] parlaq

[۹۴] Aftabın tabına – yəni, günəşin şüasina

[۹۵] torpaq

[۹۶] Saçı ənbər

[۹۷] ip

[۹۸] Çənənin yarığı

[۹۹] ip

[۱۰۰] Müshəfin – yəni, Quiranı oxuyanlar.

[۱۰۱] Həmişə

[۱۰۲] Kəndliyə

[۱۰۳] Məqilan tikanlarından

[۱۰۴] yanaq

[۱۰۵]   “ar” deməkdir- arxaikləşib

[۱۰۶] Yarasa, gecəquşu

[۱۰۷] Su satanların, su paylayanların

[۱۰۸] Haqsız ol, inci

[۱۰۹] Ahəngdar

[۱۱۰] Ulduzların şahı, yəni, günəş.

[۱۱۱] Qara saçlarının çirki

[۱۱۲] ətək

[۱۱۳] Gözün bəbəyi

[۱۱۴] Sərxoş dəvə

[۱۱۵] gullüstanlıq

[۱۱۶] Can burnuna, düşüncəsinə

[۱۱۷] ətri

[۱۱۸] Təsir

[۱۱۹] fırlanma

[۱۲۰] Qəm çəkənlər

[۱۲۱] Qəm parsı

[۱۲۲]   gülzarından

[۱۲۳] Salnamə nüsxəsi

[۱۲۴] Mədən

[۱۲۵] Qəzəb

[۱۲۶] Qul, nökər, oğlanı

[۱۲۷] ala

[۱۲۸] Çətin

[۱۲۹] Qət-zünnar, yəni, sufilərin belinə bağladığı zünnar qət olunmalı, kəsilməlidir.

[۱۳۰] Gecə yarısı

[۱۳۱] Məftunluq yaradan, fitnə yaradan

[۱۳۲] Qiymətli dürr

[۱۳۳] qadağan

[۱۳۴] Ardıcıl dövrdə

[۱۳۵] yağış

[۱۳۶] Vahimə

[۱۳۷] çox

[۱۳۸] Xususiyiətini,xasiyyətini

[۱۳۹] Ceyranın göbəyindən qopan ətirli müşk

[۱۴۰] Ey könül

[۱۴۱] yağış

[۱۴۲] Navın se pər – yəni, gəmin üç qanad

[۱۴۳] Zəhərə

[۱۴۴] Rəxtü məta, yəni, parça, paltar və mal.

[۱۴۵] Misranın mənası: gözün kimi bir tərki-dünya, qara geyimli hiyləgər

[۱۴۶] Gözü açıq adamlar

[۱۴۷] Allahın qulu

[۱۴۸] uzaq

[۱۴۹] Pak, təmiz

[۱۵۰] xaç

[۱۵۱] bülbül

[۱۵۲] Məqbərə

[۱۵۳] Bünövrə

[۱۵۴] samanı

[۱۵۵] mehribanlıq

[۱۵۶] Təzə

[۱۵۷] cilov

[۱۵۸] tac

[۱۵۹] xaç

[۱۶۰] Mey badəsi

[۱۶۱] Eşşək

[۱۶۲] Çeşmə

[۱۶۳] Xəncərin

[۱۶۴] iti

[۱۶۵] Yüz bağ yarpağı

[۱۶۶] Xoş ətirli

[۱۶۷] Səhər mehinin nəfəsi

[۱۶۸] Tənə, danlama

[۱۶۹] Toq-torğaq

[۱۷۰] Qaranlıq üfüq

[۱۷۱] tutuquğu

[۱۷۲] Yemək

[۱۷۳] qarğa

[۱۷۴] Ucu iti xəncər

[۱۷۵] Səcdə edən

[۱۷۶] Tərkidünya

[۱۷۷] Beytin mənası: qaranlıq yerdə namaz qılmaq  qəbul edilməzdir.

[۱۷۸] Məruz

[۱۷۹] “Çirkin al əsil olsun, bəd əsl gözəl alma” – zərbi-məsəlinə işarədir.

[۱۸۰] Eyş-işrət

[۱۸۱] Alma və xurma

[۱۸۲] Oduna. alovuna

[۱۸۳] Alovun

[۱۸۴] Hüşunu itirmiş nərgiz

[۱۸۵] off

[۱۸۶] Ayağı bağlı quşam

[۱۸۷] qulaqdan

[۱۸۸] düyün, maneə, çətinlik.

[۱۸۹] başda

[۱۹۰] günah

[۱۹۱] Örtük, duvaq

[۱۹۲] tamam

[۱۹۳] dörd

[۱۹۴] bulud

[۱۹۵] Müşəmbə

[۱۹۶] bulaq

[۱۹۷] istehsal olunmuş məhsul

[۱۹۸] Artırma. əlavə etmə, qatışdırma

[۱۹۹] Beytin mənası: hüsnün parıltısı və parlaq hüsnlə.

[۲۰۰] Zülmkar fələk

[۲۰۱] Təəssüf

[۲۰۲] qayğı

[۲۰۳] yalançı

[۲۰۴] söz

[۲۰۵] ikiüzlünün rəyi

[۲۰۶] ayrılıq

[۲۰۷] Dəqiq

[۲۰۸] Saç ətri

[۲۰۹] Kölgəlik

[۲۱۰] tel

[۲۱۱] ip

[۲۱۲] ətir saçan

[۲۱۳] Dəri örtüklü

[۲۱۴] Bütün qəzetlərə

[۲۱۵] gerb

[۲۱۶] ip

[۲۱۷] Çində yer adıdır, ceyranları saxlayırlar.

[۲۱۸] Çənə

[۲۱۹] sap, ip.

[۲۲۰] əl çatan

[۲۲۱] Köklərinə

[۲۲۲] Milçək

[۲۲۳] daimi

[۲۲۴] Səsin burunda dalğalanması, xüsusi avaz.

[۲۲۵] çatın

[۲۲۶] Ürəkaçan

[۲۲۷] iy bilmə qabiliyyəti

[۲۲۸] Sürmə

[۲۲۹] muştuluq

[۲۳۰] Ləğv

[۲۳۱] ulduz

[۲۳۲] Papağının  altından çıxan saçın

[۲۳۳] Gözə çəkilən xüsusi yağ maddəsi

[۲۳۴] Sürmə

[۲۳۵] Yolunun tozu

[۲۳۶] Göy qurşağı

[۲۳۷] On dördüncü ay

[۲۳۸] öpüş

[۲۳۹] Kəkil

[۲۴۰] Üz örtüyü

[۲۴۱] Dəlil

[۲۴۲] Son

[۲۴۳] Afərin

[۲۴۴] utanma

[۲۴۵] Qeyri-mümkün

[۲۴۶] Paxıllıq. qısqançılıq

[۲۴۷] acıqlı

[۲۴۸] şadlıq

[۲۴۹] a)parlaqlıq, b) dözüm

[۲۵۰] ov

[۲۵۱] müəllim iti

[۲۵۲] Həcərül-esvəd, yəni, qırmızı qiymətli daş, əqiq.

[۲۵۳] tapşırılmış

[۲۵۴] Arfa nəğməsi, “çəng” musiqi alətidir, ona arfa da deyirlər.

[۲۵۵] paxılın

[۲۵۶] Şəkər qabı

[۲۵۷] dar

[۲۵۸] Paxıllıq, qısqançılıq

[۲۵۹] Bir cürə, yəni, bir qurtum, bir an.

[۲۶۰] davaya

[۲۶۱] əxlaqsız, pis işlərlə məşğul olan

[۲۶۲] Münaqişə salan

[۲۶۳] Hazırlıqlı, məharətli, işini bilən.

[۲۶۴] Cəfa istəyən

[۲۶۵] Naz davası

[۲۶۶] ov

[۲۶۷] arxa

[۲۶۸] Duvağı, örtüyü

[۲۶۹] yanaq

[۲۷۰] Pəncərə, nəfəslik

[۲۷۱] Cənnət bağından

[۲۷۲] Dağ sərvi, ardıc ağacı

[۲۷۳] Bitər

[۲۷۴] Qırmızı gülü olan ağac

[۲۷۵] yuva

[۲۷۶] Cəfa axtaran

[۲۷۷] Təviş edilmiş, pərişan

[۲۷۸] Küləkdən

[۲۷۹] Muğamda bir guşədir

[۲۸۰] quş

[۲۸۱] Ağac adıdır

[۲۸۲] özü

[۲۸۳] Qırış mənasında

[۲۸۴] Güzgüyə

[۲۸۵] eyb

[۲۸۶] Dəli olmuşdur

[۲۸۷] Milçək

[۲۸۸] şanapipiyi

[۲۸۹] Saç kimi

[۲۹۰] Xasiyyət

[۲۹۱] Toz-torpaq

[۲۹۲] Qarğa lələyi

[۲۹۳] polis

[۲۹۴] qoyma

[۲۹۵] Özül, bünövrə

[۲۹۶] Həzrət Yusifin gözəlliyinə işarədir

[۲۹۷] Od, tonqal

[۲۹۸] Sufizmdə təriqət mənasındadır

[۲۹۹] Namaz qılınanda və ya sitayiş ediləndə alta salınan parça.

[۳۰۰] su

[۳۰۱] saf

[۳۰۲] asılan

[۳۰۳] Buxaq, çənə altı

[۳۰۴] Müdrik-ağıllı-qoca

[۳۰۵] Həmməslək

[۳۰۶] Çəkmə, sapoq

[۳۰۷] Çərxi-fələyin ulduzu

[۳۰۸] Paxıllıq, həsəd

[۳۰۹] Sin- hərfi dişlərin rəmzidir.

[۳۱۰] Milçək

[۳۱۱] Şam, küknar ağacı, yəni, gözəlin boyu.

[۳۱۲] söyüş

[۳۱۳] mücrü

[۳۱۴] Göz alması, göz bəbəyi

[۳۱۵] Həmişə

[۳۱۶] Həmişəki

[۳۱۷] düyün

[۳۱۸] Kələkbaz adamda, məkrli adamda

[۳۱۹] bal

[۳۲۰] Yoldan keçən

[۳۲۱] Kipriyin tikanı

[۳۲۲] Gözün nuruna

[۳۲۳] Tayın, oxşarın

[۳۲۴] Mübarək üzlü şaha

[۳۲۵] yanaq

[۳۲۶] Dərman, Dərman surar ,yəni Dərman axtarar.

[۳۲۷] Həkim

[۳۲۸] Kol-kos

[۳۲۹] ağlayan

[۳۳۰] Uşağın xatası

[۳۳۱] yoxluğa

[۳۳۲] Asudəlik, azadlıq

[۳۳۳] Qəmə

[۳۳۴] Fil sümüyü

[۳۳۵] Sürməbənd

[۳۳۶] əyri-üyrü

[۳۳۷] toppuz

[۳۳۸] Işvə vaxtı

[۳۳۹] Oyun, zarafat

[۳۴۰] Yoxsul, dərdli

[۳۴۱] qarışqa

[۳۴۲] quş

[۳۴۳] Şillə

[۳۴۴] Qəzəb

[۳۴۵] Qəzəb

[۳۴۶] Ata nəsihəti

[۳۴۷] Yarımçıq çıxan ay

[۳۴۸] inci

[۳۴۹] Üzünün sevgusu

[۳۵۰] Düşəsi

[۳۵۱] avara

[۳۵۲] Eyş-işrət, kef məclisi

[۳۵۳] Cinlər əhli

[۳۵۴] qadağan

[۳۵۵] tüstüm

[۳۵۶] Uzunqollu paltar

[۳۵۷] Ağlar gözüm

[۳۵۸] Sidi- sığındı, yerləşdi

[۳۵۹] Cəmşid

[۳۶۰] nadir

[۳۶۱] Qədəh, piyalə

[۳۶۲] Hüsan söhbəri

[۳۶۳] Ay üzlü gözəl

[۳۶۴] ağzını

[۳۶۵] gümüş

[۳۶۶] Bilək önü,

[۳۶۷] yuva

[۳۶۸] Məkan

[۳۶۹] ətir saçan telini

[۳۷۰] cilov

[۳۷۱] çatdırardın

[۳۷۲] Xəcalətli

[۳۷۳] Növruz gülünü

[۳۷۴] parıltın

[۳۷۵] Dünyanı işıqlandıran şamı, ggünəşi.

[۳۷۶] yanğısı

[۳۷۷] Səmaların sirri

[۳۷۸] Kainatın yoxluğu

[۳۷۹] Qələbəni

[۳۸۰] günü

[۳۸۱] min

[۳۸۲] Bir qurtum içki

[۳۸۳] Vermə, hədiyyə etmə

[۳۸۴] qanlı

[۳۸۵] Gözüaçıq adamlar

[۳۸۶] toz

[۳۸۷] Qəzövi-qədərin atdığı oxdur

[۳۸۸] kipriyi

[۳۸۹] Bəla tələsinin halqası

[۳۹۰] qırığı

[۳۹۱] Cırmaq

[۳۹۲] Köynək

[۳۹۳] Avara, sərgərdan

[۳۹۴] ulduzu

[۳۹۵] ulduzu

[۳۹۶] Burada: uca

[۳۹۷] yaxın

[۳۹۸] Tər gülün yarpağı

[۳۹۹] ov

[۴۰۰] Gözün nuru

[۴۰۱] Fələklərin günəşinin günəşi

[۴۰۲] Fıləyin dünyanı işıqlandıran ayı

[۴۰۳] Zahid xəyalı

[۴۰۴] ağır

[۴۰۵] fağır, kasıb, səqir

[۴۰۶] əziyyət

[۴۰۷] Yas tutar, mərsiyə deyər

[۴۰۸] Fitnə-fəsad salan dilbər

[۴۰۹] Lüt, çılpaq

[۴۱۰] ox

[۴۱۱] Huri nəcabətli, huri əsilli

[۴۱۲] Altmış sevdalı ürəkdən azad olan olmadı.

[۴۱۳] Parlaq üz

[۴۱۴] parlaq

[۴۱۵] Dildən salmadı, zayil etmədi

[۴۱۶] od

[۴۱۷] Qədrü bərat, yəni, qədr gecəsi.

[۴۱۸] Sidr ağacının budağı

[۴۱۹] Naz-qəmzəli

[۴۲۰] Qəsidədə mədh olunan Səncər və Toğrul Nizami Gəncəvinin vaxtında yaşamış tarixi şəxslərdir. Ravəndi özünün “Rahətülsüdur və ayətülsüdur”(səh.369) salnaməsində yazır ki, Atabəy Qızıl Arslan Həmədana gəlib Məlik Səncər ibn Süleymanı zindandan xilas etdi və onun İraqi-Əcəmdə taxta çıxardı.  Toğrul isə Atabəy Qızıl Arslanın oğlu idi. Nizami  Gəncəvi   mədhiyyəni ona yazmışdır.

[۴۲۱] əjdaha

[۴۲۲] quyu

[۴۲۳] Qəzəbli

[۴۲۴] şu arizin səfasi – yəni, “bu üzün səfası”  sənin camalının səfasını görəndə dəli olmuş və odur ki, səhər küləyi onu zəncirləyir

[۴۲۵] Zəncir

[۴۲۶] Se parə – üç tikə, üç parça

[۴۲۷] Boyunbağı

[۴۲۸] İnsü pəri, yəni insan və pəri.

[۴۲۹] Təbiət, şəkil, surət.

[۴۳۰] Beytin mənası: kəhər atın nalının səsi, sultanların başının tacı, saraylardakı qapının  torpağı, müdriklərin üzünün suyu.

[۴۳۱] Bərr ilə bəhrə, yəni quruluq və dərya, dəniz.

[۴۳۲] Oxşar şəkil

[۴۳۳] Beytin mənası: Bərcis ki, ən uzaqların Qazisi (hökm verəni) olubdur, nə qədər elmli olsa da sənə çatmaz.

[۴۳۴] Dilənçi

[۴۳۵] əngəl, maneə

[۴۳۶] Ağır dağ

[۴۳۷] yüngül

[۴۳۸] Bərqi-əcul, yəni, cəld ildırım.

[۴۳۹] Tənbəl.

[۴۴۰] Ovci-fələkdə əncüm, yəni kainatın ənginliklərindəki planetlər

[۴۴۱] Məşəllər

[۴۴۲] Gözətçi

[۴۴۳] Oxşar, bərabər

[۴۴۴]  hamısı

[۴۴۵] Venera planeti, məcazi mənada, eşq ilahəsi.

[۴۴۶] Məclisində

[۴۴۷] Merkuri planeti

[۴۴۸] Mehriban ürəkli şah

[۴۴۹] Dəftərində

[۴۵۰] Qavramaq,  dözmək

[۴۵۱] Qədərin sirri, dünyanın sirri.

[۴۵۲] piyada

[۴۵۳] Şəbdizin kişnəməsindən aləm zəlzələlərlə dolar.

[۴۵۴] Düşmən

[۴۵۵] Zəhər

[۴۵۶] ucuz

[۴۵۷] tez

[۴۵۸] Azğın çay

[۴۵۹] Fayda . Beytin mənası belədir: çay kimi axan azğın düşmənin dərhal həsəd aparan başını kəs ondan fayda yoxdur.

[۴۶۰] Düşmən qılıncı

[۴۶۱] Kuşişdə bərqi-xatif, yəni, çalışmaqda gözqamaşdıran şimşək

[۴۶۲] Axar novdan

[۴۶۳] Misranın mənası:  çürük sümüklərə ruh gələrdi.

[۴۶۴] Beytin mənası: ağıllı gözlə baxsan  qara torpağa,  onda ləl və əqiq daş olar, müşk və ənbər isə palçıq olar.

[۴۶۵] Dəlillər, sübutlar.

[۴۶۶] Doğru getmək.

[۴۶۷] Südaə müncər, yəni, baş ağrısını qurtaraq.

[۴۶۸] Igidlik

ارسال دیدگاه